7
Сечмяляр (шеирляр)
Bəşərin gecəsi, gündüzü gülsün.
Hamı
can söyləsin biri-birinə,
Son qoy bu dünyanın dərdi-sərinə.
Körpə diksinməsin güllə səsindən,
Qurtar bu dünyanı od qəfəsindən.
Nadanın idrakın işığlat bir az,
Sən özün yaratdın qışdan sonra yaz.
Bütün yer üzündə anadır qadın,
Eşit,
ey Yaradan, onun fəryadın.
Ərzi ram eyləyən kişi ağılı,
Yerə oxumasın savaş nağılı.
Raketdən, nüvədən yaranan silah,
Ana sinəsində qoparmasın ah!
Əbədi
gəlmədik biz ki, dünyaya,
Fəqət günahımız gəlməyir saya.
Çıxart zülmətlərdən işığa bizi,
Bükülsün iblisin qəlblərdə dizi.
Gözdə gurşad olsun sevinc yaşları,
İlahi, ağıla gətir başları.
Körpə ağlamasın güllə səsindən,
Xoş qığıltı qopsun qoy nəfəsindən.
Sevinci çağlasın
ulu bəşərin,
Qapısı bağlansın iblisin, şərin.
Aşsın üfüqləri qoy mədəniyyət,
Hər qəlbdən dikəlsin ilahi niyyət.
Heç millət özünü sanmasın uca,
Yalnız
Allah layiq şərəfə, taca.
Hamımız dünyada adilin qulu,
Onun
mərtəbəsi müqəddəs, ulu.
Bunu dərk eyləyib duysaydı insan,
Cahanda yaşamaq olardı asan.
Dostları ilə paylaş: