108
Ширин
Ханым Кяримбяйли Шадиман
HƏZİN LAYLALARIN
Həzin laylaların nağıla bənzər,
Müqəddəs ürəyin mənimlə gəzər,
Qəmin, iztirabın
könlümü üzər,
Sən bağrım, ürəyim, qanımsan, ana,
Açan sabahlarım, anımsan, ana.
Gözlərin işığı gözümə verdi,
Üzün yaraşığı üzümə verdi,
Sinən ocağını
közümə verdi,
Xurmayi tellərin telimdə, ana,
Şirin ləhcələrin dilimdə, ana.
Narahat sinəndə həyatım yaşar,
Mənim şadlığımla sevinib coşar,
Ürəyim könlünlə hey pıçıldaşar,
Dastanım, bayatım, nağılım, ana,
Varlığım, idrakım, ağılım, ana.
Bu cismi-canımda sənin canın var,
Damarım içində sənin qanın var,
Hər xoş addımımda sənin anın var,
Ünyetməz zirvəmin çırağı, ana,
Məlalı ömrümün dayağı, ana.
Büllur baxışınla
könlüm dincələr,
Ələmim, kədərim, qəmim incələr,
Hər sözün, söhbətin nadir incilər,
Bəxtimə, günümə tökülər, ana,
Zülmətin bağırı sökülər, ana.
O titrək əllərin nağıl, sehirmi?
Müqəddəs
sinəndə ürək, nəhirmi?
Dolan zamanımın qəmi, qəhirmi?
Sevincim, şadlığım, ələmim, ana,
Coşğun vücudumda qələmim, ana.
109
Сечмяляр (шеирляр)
Ağaran tellərin qarlı dağımdı,
Bəxtiyar anların ən xoş çağımdı,
Həsrətin sinəmdə yaman yağımdı,
Dözmürəm hicrana dünyada, ana,
Yetdin
hər imdada, fəryada, ana.
Şadiman səninlə coşub-çağlayar,
Ümidsiz anların yolun bağlayar,
Sənsiz olan zaman gözüm ağlayar…
Zəif vücuduma dirəksən, ana,
Dərdli ürəyimə ürəksən, ana.
Dostları ilə paylaş: