Shirin xanim Sechmeler 4-cu ktab indd



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə63/282
tarix30.12.2021
ölçüsü1,85 Mb.
#24135
1   ...   59   60   61   62   63   64   65   66   ...   282
01.08.1985. Xəstəxana 


99
Сечмяляр (шеирляр)
DÜNYAYA GƏLMƏK YAMAN 
Keçib-gedən illərin əzabıyla qovruldum,
Acı küləklər əsdi, ocağımda sovruldum,
Coşdu tale selləri, çay daşıtək ovuldum,
Həyatın zülümü çox, üzüldüm, Tanrım, aman,
Dünyaya gəlmək yaman, dünyadan getmək yaman.
İllər ömür yolumda bir qanadlı quş oldu,
Ürək, ağıl çarpışdı, çox qanlı döyüş oldu,
Həyat-ölüm yolunda min bir anlayış oldu,
Kəsdi cığırlarımı gözəgörünməz duman,
Dünyaya gəlmək yaman, dünyadan getmək yaman.
İçi dolu qanlı kin, çox-çox gülər üz gördüm,
Ömrün hər dolayında min bir dərə, düz gördüm,
Çox quduzu, qatili pak ciliddə «düz» gördüm,
Görənlər bunu bilir, fələyin çərxi həmən,
Dünyaya gəlmək yaman, dünyadan getmək yaman.
Ölənlərə nə var ki, ölüb borcun ödədi,
Qonubdu çiynimizə sağ ikən ölüm dərdi,
Bu həyat bağçasından gedəndə kim nə dərdi?
Hər gün iradəmizi sınağa çəkir zaman,
Dünyaya gəlmək yaman, dünyadan getmək yaman.
Əldən gedən keçmişim gələcəklə davada,
Tükdən asılı bəxtim doğulandan havada,
Dünən sənə can deyən bu gün özgə havada,
Əsəblərim tarımda, sanki köklənmiş kaman,
Dünyaya gəlmək yaman, dünyadan getmək yaman.
Şirin xanım, həyatın köhlənində çox çapdın,
Getdi ömrünün çoxu, eyvah, özünü tapdın?
Acı-şirin taleyin yoluna ümid yapdın,
Bağırıma tuşlanan dərd – rəhm bilməz ox, kaman,
Dünyaya gəlmək yaman, dünyadan getmək yaman.
 10.04.1992 

1   ...   59   60   61   62   63   64   65   66   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin