02.08.1985. Xəstəxana
QADINLAR
Cahanın ən incə, gözəl varlığı,
Dünyanın xoşbəxtlik üzü, qadınlar.
Bütün insanlığın əzəl varlığı,
Hər açan ömürün özü, qadınlar.
Zərif çiçəklərdi – rüzgardan solar,
Sevincdən çağlayar, kədərdən dolar,
Gözləri ümidin yolunda qalar…
Həyat ocağının közü, qadınlar.
Bəşərin ən ağır yükün çəkərlər,
Hər ağrı-acını qəlbə tökərlər,
Könül bağçasında dilək əkərlər,
Həyatın bəzəyi, gözü, qadınlar.
05. 03. 2004. Pirallahı
96
Ширин Ханым Кяримбяйли Шадиман
KİM YETİŞƏR SORAĞIMA?
Tanrı bəxtin qarasını,
Yazdı alın varağıma.
Tapmaz könül çarasını,
Kim yetişər sorağıma?
Dərdlərimin ölçüsü yox,
Şəlalətək çağlar keçər.
Ölümün heç elçisi yox,
Yanan könlüm ağlar keçər.
Gözlərimin yaşı çeşmə,
Sularında boğularam.
Qulp qoyular hər işimə,
Hər gün ölüb doğularam.
Yazıq ürək, qəm təşnəsi,
Ovutmayır onu zaman.
Min illərdən gələr səsi,
Ölsə də bir gün Şadiman.
24.02.1994
|