Shirin xanim Sechmeler 4-cu ktab indd



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə58/282
tarix30.12.2021
ölçüsü1,85 Mb.
#24135
1   ...   54   55   56   57   58   59   60   61   ...   282
 29.07.1985. Xəstəxana 
SƏADƏTİM 
Bir zamanlar hey qapımı döyərdin,
Xoş avazla mənə nəğmə deyərdin,
Sabahımla çox özünü öyərdin,
Səadətim, gələcəyi səslədin,
Ürəyimdə xoş duyğular bəslədin.
İndi hara getdi bəs o vədlərin?
Keçilməzdir, aşılmazdır sədlərin,
Açılmayır, bağlanıbdı bəndlərin,
Axar suyu kəsilibdi bəs hara?!
Səadətim, çəkmə məni gəl dara.
Yollarını haçanadək gözləyim,
Hara çatdım elə səni izləyim,
Boşa çıxsın arzum, duyğum, hər səyim,
Səadətim, nə qədər bəs yanım mən?
Lap usandım öz-özümdən, canım, mən.


93
Сечмяляр (шеирляр)
İldırımı, şimşəkləri çaxdırdın,
Bu sinəmi od-alova yaxdırdın,
Şadlığımı suya verdim, axdırdın,
Adın qaldı, axdın getdin sellərdə,
Bu qəzamız dastan oldu dillərdə.
Gözləyirəm qayıdasan, gələsən,
İntizarı taleyimdən siləsən,
Hər ağrımı, acımı da biləsən,
Qollarını dolayasan boynuma,
Səadətim, od tökəsən qoynuma.
Yollarına baxmaqdan göz yorulub,
O ünvanın hər obadan sorulub,
Ürək dərddən için-için qovrulub,
Səadətim, itginliyin ağrımdır,
Əzablarda batıb qalan bağrımdır.
Nə müddətdi fərağından naçaram,
Həsrətindən öz yurdumdan qaçaram,
Sənsiz necə şadlığa yol açaram?
Dərd əlindən qolu bağlı qalmışam,
Tənhalığa yaman mehr salmışam.
Səadətim, harayıma ver haray,
Həsrətindən mən tikmişəm daş saray,
Ağır olub sənsiz mənə bu il, ay,
Minnətçinəm, aç qapını, gələrəm,
Üz-gözünə ruhumdan nur ələrəm.

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin