89 Сечмяляр (шеирляр)
KİM DEYİR HEÇ NƏYİ APARMIR İNSAN? Deyirlər nə qədər yığsan sərvəti,
Sağ ikən olsa da can səadəti.
Yaradan bizlərə qoyubdu qayda,
Qalır bu dünyanın malı dünyada.
Yığdığın olacaq əllərdə asan,
Lüt gəlib, lüt gedir həyatdan insan.
Amma bunu deyən, yanılır müdam,
Ölərkən, günahın aparır Adam.
Günahlar cürbəcür, günahlar əsir,
Elə günahlar da adamı kəsir.
Dirikən duymayan vicdan əzabı,
Ruha çəkdirəcək can iztirabı.
Günahın ağrısı – ruhun zülümü,
Sağ ikən yaddaşdan silmir ölümü!
Qopur tən evindən hər canın ahı,
Özünə yük edir gedən günahı.
Bu yükü aparmaq deyildir asan,
Kim deyir heç nəyi aparmır insan?!...
06.02.2008