98
Ширин
Ханым Кяримбяйли Шадиман
HƏSRƏTİM
Ürək qutarmaz zillətdən,
Bu bəladırmı xilqətdən?
Səndən çəkdiyim minnətdən,
De
hara gedim, həsrətim?
Harda ömür edim, həsrətim?
Qəmindən köksüm talandı,
Yanında ölüm yalandı,
Məhəbbət oda qalandı,
Çəkdim min dağlar həsrətim,
Gözlərim ağlar həsrətim.
O
uzun yolun azalmaz,
Ürək əlindən kam almaz,
Zülm sənə də heç qalmaz,
Bu
köksü oyma, həsrətim,
Ağlar göz qoyma, həsrətim.
Yox
dərya eşqin sahili,
Danışmaz, laldır pak dili,
Ovsunlayıbdır ay ili,
Sən ona dəymə, həsrətim,
Qəddimi əymə, həsrətim.
Sevginin
yolu keçilməz,
Eniş-yoxuşu seçilməz,
Qəmi, kədəri biçilməz,
Giribdir dona həsrətim.
Dərd verir ona həsrətim.
Necə əzabsan könlümə,
Don
vuran sevda gülümə,
Soyuq yağışlar ələmə,
Fərəhim gələr, həsrətim,
Üzümə gülər həsrətim.
Dostları ilə paylaş: