115
Сечмяляр (шеирляр)
NİYƏ GƏLDİM MƏN?
Allah, bu dünyaya niyə gəldim mən?
Ruhumu ağladır bu bilməcələr.
Gəlib hər ağrını duyub,
bildim mən,
İçimdən boylanır min bir necələr.
Hər sirrin
özündən min sirr doğulur,
Can
girib sirlərə birgə boğulur,
Dönüb zərrələrə ərşə dağılır,
Gündüzdən qoparıb alır gecələr.
Çökür qaranlıqlar duyğularıma,
Qandallar vurulur sayğılarıma,
Hörmüçək oluram qayğılarıma,
Elə zənn edərəm ahım incələr.
Mən dərddən qaçıram dərd məni tapır,
Götürüb canımı özüylə çapır,
Ruhu dustaq edən qalaça yapır,
Can çıxıb bədəndən orda gecələr.
Allah, bu dünyanın ahı boynumda,
Gəzişir qüssəsi bir-bir qanımda,
Mən
yorğun düşmüşəm həyat oynumda,
Həyatın karvanı parlaq incilər.
12.05.2012