113
Сечмяляр (шеирляр)
Mənə
çörək verib, isti ev, otaq,
Bir də ağlamaqçın pünhani-yataq.
Beş oğul, yad qızlar əllərindədir,
Vicdan, ədalət də dillərindədir,
Qocalıq çox uzaq illərindədir,
Elə ərləridək övladlar görsün,
O zaman mənimtək onlar öyünsün…
İndisə təkliyim qübardır mənə,
Hər
övlad bir meyvə, nübardır mənə,
Görünür taleydən bu bardır mənə.
Tək sağlıqlı olsun onlara həyat,
Nə edim, ay qızım, şirindir övlad!
İkisi Tümendə, biri Yaltada,
Bir ildə bir dəfə çatmazlar dada,
Ağzım onlardan çatmadı dada,
Eh, təki canların sağ etsin allah,
Onlarsız mənimçin açılmaz sabah.
İkisi yanımdadır, Bakıda, qızım,
Onlar başım üstə çıraq, ulduzum,
Onlarsız ləzətsiz çörəyim, duzum,
Deyirlər, yerimiz çatmayır sənə,
Gəlinin ürəyi yatmayır sənə.
Bala
baldan şirin, deyib atalar,
Bu sözlə övladı öyüb atalar,
Bəlkə, sonra başa döyüb atalar…
Necə ki, indi mən başa döyürəm,
Başımı ən ağır daşa döyürəm.
Ərim cavan vaxtı həyatdan köçdü,
Ölüm
qədəhindən zəhəri içdi,
O öldü, taleyim qəhəri içdi…
Bucaqdan-bucağa atıldım qaldım,
Qocalar evinə çatıldım qaldım…
114
Ширин Ханым Кяримбяйли Шадиман
Gözlərim tor görür, əlimdə əsa,
Övlad ola-ola, batmışam yasa,
Oğlun olan yerdə səni dərd basa»,
(Ölümə gedən yol deyilmiş qısa…)
Günahlar içində ən böyük günah,
Ana yad ocağa aparır pənah!..
Ana
sözlərini tükədib susdu,
Sanki taleyi də onla qan qusdu,
Dikəlib içindən ölümü pusdu,
Bu ölüm gözündən axan yaş idi,
Anaya yanmayan övlad daş idi…
Hanı, ey Şadiman, bundan böyük dərd?!
Mərd namərd çağrılır, namərd olub mərd.
Ananın üzünə övlad çəkib səd.
«Oğul» çağıranda,
səsi gəlməsin,
Qulaq eşitməsin ana kəlməsin!..
Dostları ilə paylaş: