Shirin xanim Sechmeler 4-cu ktab indd


  BİLDİK BU ƏBƏDİ GEDİŞDİ, ANA



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə82/282
tarix30.12.2021
ölçüsü1,85 Mb.
#24135
1   ...   78   79   80   81   82   83   84   85   ...   282
 01.01.2013
 
BİLDİK BU ƏBƏDİ GEDİŞDİ, ANA 
Yumdun gözlərini nahaqq dünyaya
Sənli günlərimiz döndü röyaya,
Ruhun qanad açdı o haqq dünyaya,
Bədənin məzarla görüşdü, ana,
Bildik bu əbədi gedişdi, ana.
Ata ocağına səslərdin bizi,
Qəlbində eşq ilə bəslərdin bizi,
Qəfil ayrılığın ağırdı düzü,
Fələkdən bu necə gərdişdi, ana?
Bildik bu əbədi gedişdi, ana.


121
Сечмяляр (шеирляр)
Gözlərin qapıda qalardı hər gün,
Həsrətdən bənizin solardı hər gün,
Ürəyin buludtək dolardı hər gün,
Hicran yaraların bitişdi, ana,
Bildik bu əbədi gedişdi, ana.
Gözlərim önündən şəklin dayanır,
Ruhun fəryadına könlüm boyanır,
Bağrım parə-parə, ürəyim yanır,
Ayrılıq məqamı yetişdi, ana,
Bildik bu əbədi gedişdi, ana.
Qapının döyəndən qocalıq çağı,
Dilin ah söylədi, ürəyin ağı,
Gəldi əzrayılın qəfil sorağı,
Əzablı günlərin ötüşdü, ana.
Bildik bu əbədi gedişdi, ana.
Məzarın başına gəlib ağlarıq,
İndi qəbirinə ülfət bağlarıq,
Yanan sinəmizi ahla dağlarıq,
Ömür bağın soldu, qış düşdü, ana,
Bildik bu əbədi gedişdi, ana.
Şirin xanım sənə can qurban deyir,
Solmuş vücuduna min yol can deyir,
Sənsiz keçən ömrə bir hicran deyir,
Yanan ürəyinə dərd düşdü, ana.
Bildik bu əbədi gedişdi, ana.
Bildik bu əbədi gedişdi, ana.
 01.01.2013



Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin