BU GÖRÜŞ, BİR VİDA GÖRÜŞÜ İDİ
Bu görüş, bir vida görüşü idi,
Məni bu görüşə çağırdın, ana.
Üzündə ölümün gülüşü idi,
İçimdə fırtına doğurdu, ana.
Kəsdim yatağının yanını, durdum,
Ürəyim ağladı, cana yas qurdum,
Qəlbi qılıncladı, yıxdı qəm ordum,
Ruhum nalə çəkdi, bağırdı, ana.
Məzarın qazıldı qoyuldun ora,
Açdın ürəyimdə sağalmaz yara,
Kim tapa bildi ki, ölümə çara,
Səni əzrayılın çağırdı, ana.
Mən bu müsibətə dözüb ağlaram,
Yanan ürəyimi ahla dağlaram,
İndi xəyalına könül bağlaram,
Əzizin itirmək ağırdı, ana,
Əzizin itirmək ağırdı, ana.
Dostları ilə paylaş: |