132
Ширин
Ханым Кяримбяйли Шадиман
BƏS ETMƏZ
Elə dolmuşam ki,
yaz buludutək,
Könlü ovutmağa zaman bəs etməz.
Ağlayar ürəyim elin udutək,
Dərdini udmağa kaman bəs etməz.
Bir kimsə halımı duymadı nədən?
Ürəyin əlində ögardı bədən,
Canıma,
ruhuma zülümlər edən,
Qorxuram etdiyin yaman bəs etməz.
İnsanı sükut yox, haray, hay qırar,
Sinəmə çəkilən dağlar hayqırar,
Duyğular özünü zirvəyə vurar...
Üstünü almağa duman bəs etməz.
Yalvarıb fələkdən imdad dilərəm,
Ürəkdə ağlaram,
üzdə gülərəm,
Hər ağrı-acıya min yol ölərəm!
Bağrımdan çığıran aman bəs etməz.
Dünya zəncirlənib iblis əlində,
Bir yaxşı çaşbaşdı
min pis əlində,
Əzəldən beynimiz qul hiss əlində,
Ona haqdan gələn iman bəs etməz.
Nə
qədər ürəkdə hiylə, şər yatır,
Nə qədər at varkən törəyir qatır,
İblisin qoynunda şahmarlar yatır...
Tanrıya edilən guman bəs etməz.
Şadiman anlamaz bu müşkülləri,
Yanan ürəyinin qaldı külləri,
Hər
misra ağladar tuti dilləri,
Göz yaşın yığmağa umman bəs etməz.
29.08.2001