Shirin xanim Sechmeler 4-cu ktab indd



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə88/282
tarix30.12.2021
ölçüsü1,85 Mb.
#24135
1   ...   84   85   86   87   88   89   90   91   ...   282
01.09.2001


130
Ширин Ханым Кяримбяйли Шадиман
 NƏDƏN SIZLAYIRSAN  DİVANƏ, BÜLBÜL?
Nədən sızlayırsan divanə, bülbül?
Gəlmirsən bir dinə, imanə, bülbül,
Vermisən ömrünü fərmanə, bülbül,
Uyma, gəl hərcayi peymanə, bülbül,
Sənin də, mənimtək, fəğanın qandı,
Həyatın hər üzü canə divandı.
Sən dərdə giriftar, mən dərdə açar,
Bu könül qapımı yalnız dərd açar,
Qalmışam müsibət əlində naçar,
Qəlbim qopub təndən yanına qaçar…
Ürəyim ələmə, qəmə ünvandı,
Həyatın hər üzü canə divandı.
Bülbül, elə acı zamanlarım var,
Sinəmdə ahlarım, amanlarım var,
Nəş’əyə, şadlığa gumanlarım var…
İlhamım çağlayır, ummanlarım var,
Bəlkə bu harayın haqqa dəvandı,
Həyatın hər üzü canə divandı.
Gəl elə oxuma, can yanır axır,
Sinəmin fəryadın yandırıb-yaxır,
Könlüm buludlayır, şimşəklər çaxır,
Səni bura salan eşqə kəm baxır…
Zindan, nə zamandan, azad yuvandı?!
Həyatın hər üzü canə divandı.
İlhamım əsirdi bu məhəbbətə,
Çəkilək səninlə, gedək xəlbətə,
Salmayaq misranı, təbi xiffətə,
Girək bir-biriylə tuti-söhbətə,
Elə vurğun oldum, səntək, afətə,
Dilinin cəh-cəhi qəmi qovandı,
Həyatın hər üzü canə divandı.


131
Сечмяляр (шеирляр)
Dəmir sarayının qapısı bağlı,
Çırpınma, təntimə, itirmə ağlı,
Hərəyə bir cürdü həyat nağılı,
Sən dustaq, mən çöldə sinəsi dağlı!
Gözündən axan yaş dərdi yuvandı,
Həyatın hər üzü canə divandı.
Salma Şadimanı həvəsə, bülbül,
Belə eşq göstərmə qəfəsə, bülbül,
Aram et boğaza, nəfəsə, bülbül,
Vermə ürəyimlə səs-səsə, bülbül,
Deyərlər başında dəllik havandı…
Həyatın hər üzü canə divandı.

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin