Shirin xanim Sechmeler 4-cu ktab indd


Ширин Ханым Кяримбяйли Шадиман  TAPMAZ ARAM



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə87/282
tarix30.12.2021
ölçüsü1,85 Mb.
#24135
1   ...   83   84   85   86   87   88   89   90   ...   282
128
Ширин Ханым Кяримбяйли Шадиман
 TAPMAZ ARAM 
Sinəmdən od, atəş qalxar,
Hey, Günəşin köksün yaxar,
Qəlb buludlar şimşək çaxar,
Qövr eləyər elə yaram,
Heç bu könlüm tapmaz aram.
Gözlərimin yaşı daşar,
Ürəyimdə həsrət yaşar,
Hər günə qəm şərqi qoşar,
Həm nəş`ə, həm ahi-zaram,
Heç bu könlüm tapmaz aram.
Dərdim çıxar dağ başına,
Qalar ürək özbaşına,
Sel vurular göz yaşına,
Segah üstə yanan taram,
Heç bu könlüm tapmaz aram.
İlahinin bu bəşəri,
Özündən tez doğub şəri,
Sümüyünə dondu dəri, 
Adəmitək mən də varam,
Heç bu könlüm tapmaz aram.
Dərviş olub gəzəniyəm,
Ürəyini üzəniyəm,
Qarışqasın əzəniyəm,
Adəmliklə Rəbbə xaram,
Heç bu könlüm tapmaz aram.
Şişirtdikcə özümüzü,
Gizlədərik üzümüzü,
Haqq bükəndə dizimizi,
Deyərik ki, koram, karam,
Heç bu könlüm tapmaz aram.


129
Сечмяляр (шеирляр)
Ürək bərbad olan yerdə,
Qəlbim düşüb qalan yerdə,
Bağrı ilan çalan yerdə,
Əhvalımı kimdən soram?
Heç bu könlüm tapmaz aram.
Dil, diş altda boğulursa,
Cindən şeytan doğulursa,
Dünya qopub dağılırsa,
Öz canıma özüm saram,
Heç bu könlüm tapmaz aram.
Sinəm bimar ola-ola,
Ürəyə qəm dola-dola,
Bəni-bəşər gəlmir yola,
Yoxdan varam, nədir çaram?
Heç bu könlüm tapmaz aram.
Allah verdi bu canımı,
Yerdə saldı ünvanımı,
Bir gün qurar divanımı,
Budağında solan baram,
Heç bu könlüm tapmaz aram.
Üşüyürəm meh altında,
Qaldı tellər şeh altında,
Zaman çapır öz atında,
Zirvələrə bəyaz qaram,
Heç bu könlüm tapmaz aram.
Ey Şadiman, misra gələr,
Ürəyinə qəm ələyər,
Bir quzutək, hey, mələyər,
Qəfəsimə elə daram,
Heç bu könlüm tapmaz aram.

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin