Shirin xanim Sechmeler 4-cu ktab indd


Сечмяляр (шеирляр)  KİMSƏ ÜRƏYİMƏ TOXUNMAYAYDI



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə86/282
tarix30.12.2021
ölçüsü1,85 Mb.
#24135
1   ...   82   83   84   85   86   87   88   89   ...   282
127
Сечмяляр (шеирляр)
 KİMSƏ ÜRƏYİMƏ TOXUNMAYAYDI 
Kaş bir bu dünyadan qaça biləydim,
Ünvanım heç dildə oxunmayaydı.
Başqa səyyarəyə uça biləydim,
Kimsə ürəyimə toxunmayaydı.
Bu sınıq bəxtimə kəsilib asi,
Başımda sınaydı könlün əsası,
Alaydım özümdən özüm qisası,
Kimsə ürəyimə toxunmayaydı.
Mənə dərd verənlər mənsizləşəydi,
Qəlbin asimanı çənsizləşəydi,
Könlümə bir yeni nəğmə düşəydi...
Kimsə ürəyimə toxunmayaydı.
Uçaydım yellərtək göyün üzünə,
Düşəydim buludun axan gözünə,
Dönəydim leysanın mən də özünə,
Kimsə ürəyimə toxunmayaydı.
Sellərdən soraydı fələk ismimi,
Çırpaydı daşlara sular cismimi,
Fəryada gələndə könlümün simi,
Kimsə ürəyimə toxunmayaydı.
Üzəydim qəlbləri boğan dərdləri,
Dünyadan qovaydım mən namərdləri!
Qoparıb ataydım bu sərhədləri...
Kimsə ürəyimə toxunmayaydı.
Canım boğazımdan çıxsaydı, nə qəm?
Ölüb dirilirəm mən taleyi kəm,
Varağa yaş töküb yananda qələm...
Kimsə ürəyimə toxunmayaydı.
 13-14.05.1999
 



Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin