137
Сечмяляр (шеирляр)
İLHAMLA ADDIMLAR QOŞA ÜRƏYİM
Oxunsa illərlə qurtarmaz hələ,
Gələr anlar ilə cuşa, ürəyim,
Sanki nalə çəkən bir neydir elə,
İlhamla addımlar qoşa, ürəyim.
Heç kitab görməyib bu cür hekayət,
Edər əzabından hər gün şikayət,
Könül ağrısını sanar cinayət,
Vurar əzabını başa, ürəyim.
Gileyi aləmi yandırıb, yaxar,
Dəli şimşəklərtək qəfildən çaxar,
Coşğun sellər təki kükrəyib, axar,
Sanar göz yaşıyla, daşa ürəyim.
Bir tənha çinardır yol üstə durub,
Qərib qaranquştək boynunu burub,
Elə bil, min illik yuxudan durub,
Təbimi calayar yaşa, ürəyim.
Həsrəti içində közə dönübdü,
Ələmdən ağrılı sözə dönübdü,
Qəfil sellər yuyan düzə dönübdü,
Çıxıb istəkləri boşa, ürəyim.
Hərdənbir soyunar ələm donunu,
Keçirər ilhamla xoşbəxt anını,
Döyər qapısını, kəsər yanını,
Yazından adlayar qışa, ürəyim.
Dolanda, buludtək, qəfildən dolar,
Üstünü bir aləm çiskinlər alar,
Dumanlar içində lap naçar qalar,
Dönər çaş-baş qalmış quşa, ürəyim.
Əlçatmaz, ünyetməz yollu olubdu,
Yük altında qalan qollu olubdu,
Çaxnaşan buludtək lapdan dolubdu,
Dolub bəbəklərə, daşa ürəyim.
30.10.1985
|