Shirin xanim Sechmeler 4-cu ktab indd


Ширин Ханым Кяримбяйли Шадиман MƏN NECƏ YAŞAYIM



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə97/282
tarix30.12.2021
ölçüsü1,85 Mb.
#24135
1   ...   93   94   95   96   97   98   99   100   ...   282
140
Ширин Ханым Кяримбяйли Шадиман
MƏN NECƏ YAŞAYIM 
Ürəyin göylərin duman alanda,
Sinəmin içini qüssə çalanda,
Xəyalın könlümə qonaq olanda, 
Mən necə yaşayım, bəxtim, mən necə?
Yoxluğun gündüzü eyləyir gecə.
Sənsizlik heçlikdir, boşluqdur hərgah, 
Bilməm sinəmdəmi, ya gözdə günah?
Şirin röyaların köksümə pənah,
Olmuşam yenə də təkliyə möhtac,
Ayrılıq necə də alır məndən bac.
Səni axtarıram otaqlarımda,
Göz yaşım leysandır yanaqlarımda,
Donub təbəssümüm dodaqlarımda,
Uçuq xanimanlar yuvası – bəxtim,
Ruhumun can adlı havası – bəxtim.
Könüldən nəfəsin hələ getməyib,
Heç qulaqlarımdan səsin ötməyib,
Can yiyəsi, səntək, zülüm etməyib,
Mən yazı masamda donub qalmışam,
Mehrimi ilhama, təbə salmışam.
Gedişin dumana bürüyüb məni,
Göndərib üstümə bir yığın çəni,
Göydəmi, yerdəmi arayım səni?!..
Ömrün küləkləri uçurdur ağlı,
Kainat içinə qaçırdır ağlı.
Vaxtıma tökdüyün dərdə çarə yox,
Dünyada mənimtək günü qarə yox,
Səni çox axtardım, bu aləmdə, çox…
Odur ki, ey bəxtim, uçuq kahayam,
Sən gəldiyin səmtə açıq kahayam.

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin