141
Сечмяляр (шеирляр)
GECƏLƏRİN SÜKUTUNU ÇOX SEVİRƏM…
Gecələrin sükutunu çox sevirəm…
Orda qəlbin ağrıması,
Orda ruhun bağırması,
Orda
gözün yola düşüb yol getməsi,
Orda
xəyal çeşməsi var,
Orda canın təlatümə düşməsi var…
Orda ağlın dincəlməsi,
Orda qəmin incəlməsi,
Orda
həyat nişanəsi,
Orda təbin pərvanəsi,
Hey dolanır qərib-qərib can başına,
Hərdən batır bəbəklərdə göz yaşına.
Gecələrin
sükutunun hücrəsi var,
Mənə düşən otağı dar.
Duyğularım bu otağın tavanında qaçışırlar,
Kəpənəktək səssiz-səssiz uçuşurlar.
Şirin-şirin hekayətlər danışırlar,
Mələklərtək bir-biriylə yarışırlar.
Əlim
gəlmir səssizliyi tez devirəm,
Bu kiçikcik varlığları üzü üstə mən çevirəm.
Budur bəxtə düşən çevrəm…
Gecələrin sükutunu çox sevirəm…
Gecələrin sükutunu çox sevirəm.
18.08.2012