152
Ширин Ханым Кяримбяйли Шадиман
Bu könül qəm çeşməsi,
Bürüyüb ərzi səsi,
Düşüb dünyanın nəhsi
Bu bəlalı başıma.
Acılar zirvə aşdı,
Ələm ilə qarışdı,
Bu sevgi qara daşdı
Bu bəlalı başıma.
Düşdü ömür sərt qışa,
Neylər dərd qarğımışa?
Sevgin
qurdu tamaşa
Bu bəlalı başıma.
Acılar kəsdi yolu,
Bağladı əli-qolu,
Yağdı çox leysan-dolu
Bu bəlalı başıma.
Şadiman
dərddən qaçar,
Dərdsə qapısın açar,
Ələm sarayı uçar
Bu bəlalı başıma.
19.10.1991
153
Сечмяляр (шеирляр)
SƏN OLDUN
Könlümü köpürən dəli sellərə,
Bir göz qırpımında, atan sən oldun.
Min bir qəm gətirən qəmsiz illərə,
Məni dərdlilərə qatan sən oldun
O
lal gecələri uyğusuz edən,
Pak məhəbbətimi sayğısız edən,
Özgə yuvasına eşq üçün gedən,
Beşgünlük sevgilər tutan sən oldun.
Sevdamı Məcnuntək düzlərə salıb,
Ağlımı, hüşumu əlimdən alıb,
Bağrımın başından ilantək çalıb,
Çiynimə həsrəti çatan sən oldun.
Qırğıtək bir dünya nəş‘əmi didib,
Özgə qapısına əhd üçün gedib,
Elə Şadimanı qərarsız edib,
Ömürlük könlümdə yatan sən oldun.
12.08.1991
154
Ширин Ханым Кяримбяйли Шадиман
HİCRAN AĞRISI
Həsrətin gözümdə qanlı
yaş oldu,
Seli çeşmələrə, çaylara döndü.
Ağlaya-ağlaya ürək daş oldu,
Ahı qəlbdən qopan vaylara döndü.
Nə sən bu sevdadan dönə bilmədin,
Nə mən bu sevgini unuda bildim.
Nə
sən qürurundan enə bilmədin,
Nə mən saf eşqimi tanıda bildim.
İkili yansaq da ocağımız buz,
Bir anlıq vüsala könlümüz təşnə,
Söndü bəxtimizin göyündə ulduz,
Canlarsa tutuşdu eşq atəşinə.
Sinəmdə bir sevgi ocağı çatdın,
Qurtula bilmirəm oddan, doğrusu.
Elə Şadimanı qəmlərə atdın
Ki, getməz sinədən hicran ağrısı.
17.03.1987