158
Ширин Ханым Кяримбяйли Шадиман
SƏNİNLƏ
Sinəmdəki duyğularım
baş-başa,
Ay sevgilim,
sükuta dal, gəl dinlə.
Səadətə birgə edək tamaşa,
Qəlb yoldaşım, can sirdaşım, səninlə.
Yaman olur dünyada el qınağı,
Göz yaşımız üşütməsin yanağı,
Dəf
eləyək hər müşkülü, sınağı,
Qəlb yoldaşım, can sirdaşım, səninlə.
Əsdirməsin fələk vaxtsız yelləri,
Soldurmasın bağçamızda gülləri,
Məhəbbətlə başa vuraq illəri…
Qəlb yoldaşım, can sirdaşım, səninlə.
Sarmaşıqtək əhdimizə sarışaq,
Bu sevdaya qan bir olub qarışaq,
Məzaradək atəş ilə alışaq…
Qəlb yoldaşım, can sirdaşım, səninlə.
Dostları ilə paylaş: