30.04.1997 SƏNİ Sən mənim bəxtimə düşən işıqsan,
Yolumdan qovmaqçın çiskini, çəni.
Ömrümə, günümə bir yaraşıqsan,
Mənə Yaradanım göndərmiş səni!
Yoxdu bu sevginin dünyada tayı,
Ürəkdə od yoxsa, yanmaz havayı,
Yox canıma munis səndən savayı,
Mənə Yaradanım göndərmiş səni.
Odlu nəfəsindən torpaq yazlanır,
Cahanın könlündə eşq avazlanır,
159 Сечмяляр (шеирляр)
Vüsal libasında sevgi nazlanır,
Mənə Yaradanım göndərmiş səni.
Oxşa Şadimanı ovutmaq üçün,
Alışan köksümü sovutmaq üçün,
İçimin dərdlərin dağıtmaq üçün,
Mənə Yaradanım göndərmiş səni.