|
Ширин Ханым Кяримбяйли Шадиман
DEMƏ
160
Ширин Ханым Кяримбяйли Шадиман
DEMƏ
Töküb kipriklərdən acı yaşları,
Demə, həsrətindən bezə bilmirəm.
Günahkar-günahkar çatıb qaşları,
Demə bu müşkülü sezə bilmirəm.
Sən ki, özün verdin hicrana fərman,
Qırıldı həmən gün o əhdi-peyman,
Demə ki, tapılmır dərdinə dərman,
Daha yataqdayam gəzə bilmirəm.
Demə, başımdadı sevda dəmləri,
Gəzdirmək çətindir bu ələmləri,
Dərdli gözlərimdə bəyaz nəmləri
O solğun çöhrənə düzə bilmirəm.
Demə, eşq bağımda güllər açılmış,
Ətri, rayihəsi ərzə saçılmış,
Sevirəm kəlməsi dildən qaçılmış,
Budaqdan gülümü üzə bilmirəm.
Demə ki, Şadiman gələr fəryada,
Verər şərəfini bu yolda bada,
Demə ki, hələ də yanıram oda…
Demə ki, mən sənsiz dözə bilmirəm.
Dostları ilə paylaş: |
|
|