162 ШиринХаным Кяримбяйли Шадиман
BƏS EYLƏR Sənin şəfəqindən ulduzlar bitər,
Bu şəfəq gözümdə nura bəs eylər.
Atəşi günəşin odundan betər,
Könül ocağında qora bəs eylər.
Sənin işığından zülmətlər qaçar,
Gecənin başının üstündə uçar,
Vüsalın evimin qapısın açar,
Hicranı salmaqçın tora bəs eylər.
Sən elə atəşsən bütün dünyaya,
Əriyər odunda həm daş, həm qaya,
Düşər qəmin özü bu dərddən vaya,
Kədəri çəkməkçin dara bəs eylər.
Eşqin buludlardan doğan meh təki,
Çapır ürəyimdə bir fateh təki,
Səhərin gözündən yağan şeh təki,
Vüsal bağçasında bara bəs eylər.