165
Сечмяляр (шеирляр)
Bitirmə sinədə hicran kolunu,
Zəncirlə qəminin o əl-qolunu,
Salsan
ürəyimdən sevgi yolunu,
Sevgilim, dərdindən ölməyə nə var?
10.12.1999
GƏLMİSƏN MƏNƏ
Sənin baxışının bənzəri yoxdur,
Od tökür sinəmə gözlərin yenə.
Üstündə iblisin nəzəri yoxdur,
Sən ayrı dünyadan gəlmisən mənə.
Könlümdə
anbaan duyğular coşur,
Bahar selləritək qaynayıb daşır,
Ürkək xəyalınla hey pıçıldaşır...
Sən ayrı dünyadan gəlmisən mənə.
Eşqin şahin təki könlümü çalar,
Girib ürəyimin içində qalar,
Bütün
vücudumu əlinə alar,
Sən ayrı dünyadan gəlmisən mənə.
Səndə rüzgarların coşqunluğu var,
Qərib durnalartək çaşqınlığı var,
Qəlbin dağ selitək daşqınlığı var,
Sən ayrı dünyadan gəlmisən mənə.
Dönür duyğuların gur leysanlara,
Bir həyat verirsən bu lal anlara.
Heç
bənzərin yoxdur bu insanlara,
Sən ayrı dünyadan gəlmisən mənə.
Dostları ilə paylaş: