168
Ширин Ханым Кяримбяйли Шадиман
QURBAN ÖZÜM
Tale sənə yarısın,
Könlünə eşq sarısın,
Allah
səni qorusun,
Bədnəzərdən, sevgilim,
Hər nəzərdən, sevgilim.
Ürəyimin odusan,
Həyatımın dadısan,
Salma qəlbə yadı sən,
Qısqanaram, sevgilim,
Odlanaram, sevgilim.
Gözümüz yaş olmasın,
Ayrılıq daş olmasın,
Qəmlə sirdaş olmasın,
Diləyimsən, sevgilim,
Ürəyimsən, sevgilim.
Eşqimiz
dəniz olsun,
Aytək nurbəniz olsun,
Tanrıtək təmiz olsun,
Qəlbi gözəl, sevgilim,
Candan əzəl, sevgilim.
Sən Allahdan payımsan,
Dünyada harayımsan,
Məhəbbət sarayımsan.
Canım, gözüm, sevgilim,
Qurban özüm, sevgilim.
27.12.1999
169
Сечмяляр (шеирляр)
VƏFASI YOXDUR
Deyirlər
məhəbbət qəlblərə məlhəm,
Vüsalı zərrədir, cəfası çoxdur.
Dedin, can verərəm bu eşqlə bahəm,
Neylim, ürəyinin vəfası yoxdur.
Çağlaram çeşmətək bu eşqinlə mən,
Duyğular könlümü oxşar meh təki.
Xəyalın kirpiyə qonan çiskin, çən,
İsladır yanağı məhzun şeh təki.
Xatirən qapımdan girər soraqsız,
Ayrılmaz könlümün xəyal bağından.
Gəzər qəlb telində hicran daraqsız,
Mən qopa bilmərəm həsrət çağından.
Düşərəm minnətçi hey ayrılığa,
Gəlib ürəyimi daha tapmasın.
Girməsin könlümlə bir də qılığa,
Sinəmin içində atın çapmasın.
Sən
mənim etdiyim minnətə baxma,
Eşitməz ayrılıq yalvarışımı.
Onunçun vücudum bir kiçik daxma,
Yerdə qoymayacaq bircə daşımı.
Gəl qopar könlümdən məhəbbətini,
Mən əsir olmayım bu niskillərə.
Sənin o xəyali səadətini,
Zaman qurban verib ötən illərə.
Deyirlər məhəbbət qəlblərə məlhəm,
Vüsalı zərrədir, cəfası çoxdur,
Dedim can verərəm bu eşqlə bahəm,
Neyləyim könlünün vəfası yoxdur.
13.12.1999