Shirin xanim Sechmeler 4-cu ktab indd



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə116/282
tarix30.12.2021
ölçüsü1,85 Mb.
#24135
1   ...   112   113   114   115   116   117   118   119   ...   282
 25.10.1998. Pirallahı
NƏ DEYƏRSƏN 
Kaman təki qaşlarını
Nə əyərsən, nə əyərsən?
Qurutsam göz yaşlarını…
Nə deyərsən, nə deyərsən?
Kipriyinə qonsam şehtək,
Pəncərəni öpsəm mehtək,
Qəlbə girsəm bir fatehtək…
Nə deyərsən,nə deyərsən?
Dönsəm vüsal yuxusuna,
Qələm çəksəm qorxusuna,
Gəlsəm sevda qoxusuna,
Nə deyərsən, nə deyərsən?


163
Сечмяляр (шеирляр)
Çeşmələrtək ləpələnsəm,
Üz-gözünə səpələnsəm,
Ovucunda təpələnsəm,
Nə deyərsən, nə deyərsən.
Şadimana hicran məhrəm,
Can üstədir eşqlə bahəm,
Desəm ki, sən dərdə məlhəm,
Nə deyərsən, nə deyərsən?
 04.03.1995
 SÖNƏR 
Gözünün atəşi içimi diddi,
Alışır qorundan könül ocağı.
Eşqin yollarında qalan ümiddi,
Hicranla, həsrətlə dolu qucağı.
Kəsilib qəlbimin taqəti daha,
 Üzür varlığımı acı əndişə.
Mənim səadətim qalıb Allaha,
Çəkir həyatımı ayrılıq dişə.
Baxışlar, ürəklər, dillər qərarsız,
Nəfəsi kəsilən eşqilər ağlar.
Hönkürür buludtək sinəmiz yarsız,
Ölsək bir-birini ruhlar soraqlar.
Gəl acı həsrəti çırpaq daşlara,
Unudaq niskilli hər şeyi nə var.
Dönək bu sevdada biz sirdaşlara,
Yoxsa qəm vüsalın burnunu ovar.
Şadimanın qəlbi sənsiz buzlaşır,
Cahanın yazları qışlara dönər.
Əgər birləşməsək eşq ucuzlaşar,
Taleyin göyündə bəxtimiz sönər.
 04.06.1994



Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin