174
Ширин
Ханым Кяримбяйли Шадиман
SƏNƏ NƏ DEYİM?
Həsrətlə çıxıram yollara yenə,
Döyünür əzabla narahat sinə,
Ümidlə baxıram
mən dönə-dönə,
Səndən xəbər yoxdur, bilmirəm niyə?
Ürək fəğan edir ah deyə-deyə.
Səhra yanğısını selə söylədi,
Məcnun ağrısını
çölə söylədi,
Ürək həsrətini dilə söylədi,
Bəs mən kimə deyim nalə-ahımı,
Sənsiz açılmayan al sabahımı?!
Göylər tutulanda buludu qınar,
Tufan öz gücüylə küləyi sınar,
Uman yerdən deyir, ürək də sınar,
Bəs sınan ürəyi necə calayım?
Sənə
məğlub olub ordum, alayım.
Şimşək yağış üçün bahanə olur,
Şəlalə zirvədən dərəyə dolur,
Xəzanı yetəndə hər varlıq solur,
Sevginin
özünə çox da güvənmə,
Nə yüksəyə qalxma, nə yerə enmə.
Çəmənlikdə açar min bir çiçəklər,
Hər çiçək adına yaşıl ləçəklər,
Hər kəsin xitabı
adla çəkilər,
Mən səni bəs necə çağırım, söylə?
Qəm necə daşısın bağırım, söylə?
Könül inciyəndə – göz yaşla dolar,
Dillərin qiybəti sözlərə qalar,
Hər
qəlb öz evinə bir həmdəm salar,
Bəs sənə nə desin narahat ürək?
Başımda əsdirdin min acı külək.
175
Сечмяляр (шеирляр)
Eşqimin çağlayan bir dəryası var,
Hələ hey coşacaq neçə qış, bahar,
Bir səyyad quşuyam, gəl sinəmi yar,
Gör ora neçənci dağlar çəkmisən?
Tarlasın şumlayıb həsrət əkmisən.
Dostları ilə paylaş: