150
Ширин
Ханым Кяримбяйли Шадиман
KAŞ OLMAYAYDI…
Vüsalı saralan bir bahar kimi,
Bəxtimiz hicrana tuş olmayaydı.
Sənin
ürəyində sevgi həsrəti,
Mənim gözlərimdə yaş olmayaydı.
Nə xoşbəxt olardıq ikilikdə biz?
Zülmət gecəmiz də süd kimi gündüz,
Əhdi-ilqarımız, peymanımız düz,
Ayrılıq vüsaldan baş olmayaydı.
Həsrət sinəsini cırıb töksə də,
Kədər
badəmizə zəhər töksə də,
Aydın fəzamıza zülmət çöksə də,
Günəşi qaralan qış olmayaydı.
Uçub
əlimizdən getdisə günlər,
Qədər bəxtimizə saldı düyünlər,
Dəli ayrılığa uyan beyinlər,
Min bir hava çalan baş olmayaydı.
İllərin qəmindən boşalıb dolan,
Hər günü yarpaqtək saralıb solan,
Hicranın
əlində oyuncaq olan,
Məcnun sevgimizdə yaş olmayaydı.
Bizi bir-birindən aralı qoyan,
Qaniçən cəlladtək dərilər soyan,
Şeytanın,
iblisin dilinə uyan,
Həsrətin sinəsi daş olmayaydı.
İndi bu ürəkdir cəfalar çəkən,
İlk məhəbbət adlı ağır
yük çəkən,
Sinəmi oduyla yandırıb tökən,
Çəkdiyim ağrılar boş olmayaydı.
151
Сечмяляр (шеирляр)
Şadiman hardadır, sən isə harda?
Odlu duyğularsa boranda, qarda,
Sevgimiz beləcə qalıbdı darda.
Dünyada ayrılıq kaş olmayaydı,
Dünyada ayrılıq kaş olmayaydı.
Dostları ilə paylaş: