Shirin xanim Sechmeler 4-cu ktab indd


Ширин Ханым Кяримбяйли Шадиман GECƏNİN YARISI



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə101/282
tarix30.12.2021
ölçüsü1,85 Mb.
#24135
1   ...   97   98   99   100   101   102   103   104   ...   282
144
Ширин Ханым Кяримбяйли Шадиман
GECƏNİN YARISI 
Könlümdə acı bir əndişə,
 
 
Yuxum çəkilib ərşə.
Ürək asi, can asi.
 
 
Gecənin yarısı…
***
Bir an belə sənin xəyalın 
 
 
məni tənha buraxmır,
İstər uyğularımda,
İstər duyğularımda.
Durub qarşımda məsum-məsum 
 
 
 
baxır üzümə,
Mat-məəttəl qalmışam içimdəki 
 
 
 
dözümə.
 ***
Gecənin yarısı…
 
Ürəklə sevgi arası 
 
 
acı bir didişmə.
Fələk qandalmı vurub hər işimə?
Zamanım röyalarda,
Könlüm xülyalarda
 
 
ötüb keçir bir an təki,
Ürək də üşüyür dövran təki.
 
Göylə yer arası,
 
 
Bu gecənin yarısı…
 ***
Sən məndən uzaq,
İçimdə ərzi donduran sazaq.
Ömrümün payızı,
Mənim taleyimə düşdü 
 
 
böylə bir alın yazı.
Gözlərim acışır ötüb 
 
 
keçən zamanıma,
Kimsə yetməz amanıma.
Sönüb bəxtimiz üşüyən ocaqlarda…
Sən məndən uzaqlarda.
Qucmusan xəyalın boynunu,
Mənimsə içimdə acı bir sevda oyunu…


145
Сечмяляр (шеирляр)
 ***
Ey Şadiman, az çək-çevir et
 
 
bu dünyanın işlərini,
Müəmalı vərdişlərini,
Ürək can evinə uyuşmaz,
Bağrımdan sevgi sovuşmaz,
 
 
Yerlə göy arası…
 
 
 
Bu gecənin yarısı…
 17.12.1994
DİLƏ GƏLİR 
Bu çılğın könlümün həyəcanından,
Ürək dilə gəlir, dil dilə gəlir.
Şeriyyət ayrılır coşğun canından,
Zaman dilə gəlir, il dilə gəlir.
Qələmsiz, vərəqsiz dünyada heçəm,
Hazıram yolunda canımdan keçəm,
Ondan başlar izim, cığırım, küçəm,
Qara saçlarımda tel dilə gəlir.
Ocaqsız alışıb yanıram hələ,
Heç sinə görməyib yanmağı belə,
Bu cismi-bədənim gəlibdi dilə,
Doğulduğun torpaq, el dilə gəlir.
Hisslərim könlümə hey divan tutur,
Sinəm şeriyyətin köksündə yatır,
Dünyanın yükünü çiyninə çatır,
Ürəkdə ahəstə tel dilə gəlir.
Yaşaya bilmirəm duyğularımsız,
Qəlbi ovsunlayan qayğılarımsız,
Mən heçəm o qadir uyğularımsız,
Gözümdə bulanıq sel dilə gəlir.
Şadiman, misralar sənə çıraqdır,
Sevgilin bir qələm, bir də varaqdır,
Hissin gərdişindən ürək soraqdır,
Məcnun taleyimə çöl dilə gəlir.
 18.01.1987 



Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin