139
Сечмяляр (шеирляр)
Heca sevdasında
gəlin bir olaq,
Çətinsə, sənətdə qalma, sən allah.
Onla cilvələnib sazın telləri,
Gəzib addım-adım
eşqi elləri,
O vəcdə gətirib yanan dilləri,
Kam
ala bilmirsən, alma, sən allah.
Heca könlümzün nazlı afəti,
Onun sərvə bənzər qəddi-qaməti,
Oxşar qəlbimizi eşqlə xəlvəti,
Bu
eşqi ilantək çalma, sən allah.
Oxşama yağıtək yaddan gələni,
Yad
eşqlə çox gördük millət dələni,
Hiylə torlarına düşüb öləni…
Acıqlı buludtək dolma, sən allah.
Vətəntək, anatək heca canımız,
Ruha köklənməli bu vicdanımız,
Doldu düşmənlə dörd-bir yanımız…
Sən
də onlarla bir olma, sən allah.
Yazın ağır olub bu Şadimana,
Dağın
mehləri var gələn dumana,
Şeirə dəb gətirib azğın zamana,
Çalış ondan dala qalma, sən allah…
08.08.2010