Shirin xanim Sechmeler 4-cu ktab indd


Ширин Ханым Кяримбяйли Шадиман  BİR ANANIN HEKAYƏTİ



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə74/282
tarix30.12.2021
ölçüsü1,85 Mb.
#24135
1   ...   70   71   72   73   74   75   76   77   ...   282
112
Ширин Ханым Кяримбяйли Шадиман
 BİR ANANIN HEKAYƏTİ 
 
 Qocalar evindən…
Qocalar evinə düşmüşdü yolum,
Gördüm qocalardır çox sağım, solum,
Tutuldu gözlərim, boşaldı qolum,
Qarşımda durmuşdu ağbirçək ana, 
Ona yaxınlaşdım mən yana-yana. 
Dedim: «Ağ saçların Şahdağım, ana,
Hansı oğul, qızdı düşübdü qana?
Biinsaf övladı gətirib cana,
Qocalar evinə düşüb güzarın,
Torpaq da soyutmaz bu ahu-zarı».
Dedi: «Bu sözlərin dinlədir məni,
Sızlayan kamantək inlədir məni,
O övlad kəlməsi cinlədir məni,
Qızım, beş oğulun anasıyam mən,
Qəbir evinədək yanasıyam mən.
Gözlərim görməsin qəm yaşı, bala,
Onlar naşıdırlar, eh naşı, bala,
İndikilər sevmir bu yaşı, bala,
İndi onlara mən artıq bir yükəm.
Hər an qırılacaq zərif bir tükəm».
Dedin bu sözləri qənd, şəkər, ana, 
Göylər başımıza daş tökər, ana, 
Buludlar ağlayar, yaş tökər, ana,
Beş oğuldan biri kişi çıxmadı,
Niyə ürəklərin vicdan sıxmadı?!
Dedi: «Bu qocalıq, qızım, namərddi,
Qocayam, qocalıq onlara dərddi,
Eybi yox, sağ olsun, hökümət mərddi,


113
Сечмяляр (шеирляр)
Mənə çörək verib, isti ev, otaq,
Bir də ağlamaqçın pünhani-yataq.
Beş oğul, yad qızlar əllərindədir,
Vicdan, ədalət də dillərindədir,
Qocalıq çox uzaq illərindədir,
Elə ərləridək övladlar görsün,
O zaman mənimtək onlar öyünsün…
İndisə təkliyim qübardır mənə,
Hər övlad bir meyvə, nübardır mənə,
Görünür taleydən bu bardır mənə.
Tək sağlıqlı olsun onlara həyat,
Nə edim, ay qızım, şirindir övlad!
İkisi Tümendə, biri Yaltada,
Bir ildə bir dəfə çatmazlar dada,
Ağzım onlardan çatmadı dada,
Eh, təki canların sağ etsin allah,
Onlarsız mənimçin açılmaz sabah.
İkisi yanımdadır, Bakıda, qızım,
Onlar başım üstə çıraq, ulduzum,
Onlarsız ləzətsiz çörəyim, duzum,
Deyirlər, yerimiz çatmayır sənə,
Gəlinin ürəyi yatmayır sənə.
Bala baldan şirin, deyib atalar,
Bu sözlə övladı öyüb atalar,
Bəlkə, sonra başa döyüb atalar…
Necə ki, indi mən başa döyürəm,
Başımı ən ağır daşa döyürəm.
Ərim cavan vaxtı həyatdan köçdü,
Ölüm qədəhindən zəhəri içdi,
O öldü, taleyim qəhəri içdi…
Bucaqdan-bucağa atıldım qaldım,
Qocalar evinə çatıldım qaldım…


114
Ширин Ханым Кяримбяйли Шадиман
Gözlərim tor görür, əlimdə əsa,
Övlad ola-ola, batmışam yasa,
Oğlun olan yerdə səni dərd basa»,
(Ölümə gedən yol deyilmiş qısa…)
Günahlar içində ən böyük günah,
Ana yad ocağa aparır pənah!..
Ana sözlərini tükədib susdu,
Sanki taleyi də onla qan qusdu,
Dikəlib içindən ölümü pusdu,
Bu ölüm gözündən axan yaş idi,
Anaya yanmayan övlad daş idi…
Hanı, ey Şadiman, bundan böyük dərd?!
Mərd namərd çağrılır, namərd olub mərd. 
Ananın üzünə övlad çəkib səd.
 «Oğul» çağıranda, səsi gəlməsin,
Qulaq eşitməsin ana kəlməsin!..

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin