|
Сечмяляр (шеирляр)
HƏSRƏT YAĞIŞI
111
Сечмяляр (шеирляр)
HƏSRƏT YAĞIŞI
Alışır qüssədən, alışır sinə,
Pozulur ömrümün əlvan naxışı.
Könlümün göyləri tutulub yenə,
Yağır taleyimə həsrət yağışı.
Buludlar cəlladtək baş-başa durub,
Hicran yolum üstə tamaşa qurub,
Ələm nəş‘ə ilə aramı vurub...
Yağır taleyimə həsrət yağışı.
Ömrüm cığırlarda izin itirib,
Yollara baxmaqdan gözün itirib,
Yaşının ağ-qara izin itirib,
Yağır taleyimə həsrət yağışı.
Bütün ümidlərim cəm olubdu, ah,
Gözlər acılara nəm olubdu, ah,
Ömrün çox yarısı qəm olubdu, ah,
Yağır taleyimə həsrət yağışı.
Boş görünür mənə küylü kainat,
Əzəlki bənzərin itirib həyat,
Nə qədər gec deyil, haqq, imdada çat,
Yağır taleyimə həsrət yağışı.
Qoy dəli sevgimi sellər aparsın,
Ömrün hamısını illər aparsın,
Səsimi səsinə dillər aparsın.
Yağır taleyimə həsrət yağışı.
Şadiman hicranın əlində naçar,
İçimdə o başa, bu başa qaçar,
Haqqımın əlindən düşübdü açar...
Yağır taleyimə həsrət yağışı.
09.04.1992
|
|
|