94
Ширин Ханым Кяримбяйли Шадиман
BƏXTİM SƏNİ ÇOX GÖZLƏDİM
Yollarında canı üzdüm,
Heç
bilmədim necə dözdüm,
Nə usandım, nə də bezdim,
Kölgə
kimi hey izlədim,
Bəxtim, səni çox gözlədim.
Gözlərimlə qan ağladım,
Xəyalına bel bağladım,
Ürəyimdən tel bağladım,
Yollarını əzizlədim,
Bəxtim, səni çox gözlədim.
Məhəbbətim
yalan olub,
Hissim, eşqim talan olub,
Arzum
yolda qalan olub,
Yağıştək toz təmizlədim,
Bəxtim, səni çox gözlədim.
Çəkə bilməm bu fərağı,
Nə ağırmış hicran dağı,
Gün batarkən qürub çağı,
Alışqantək od közlədim,
Bəxtim, səni çox gözlədim.
Məni kədər tapacaqmış,
Sevgimə qəm hopacaqmış,
Qəlbdən fəryad qopacaqmış,
Misra-misra
mən sözlədim,
Bəxtim, səni çox gözlədim.
Hanı yolun bəs gələni?
Yox itəni, yox öləni,
Gəlmədin
heç mən biləni,
Gecə-gündüz qəm düzlədim,
Bəxtim, səni çox gözlədim.
95
Сечмяляр (шеирляр)
Kəsilibdi ah-amanım,
Yollarına var gümanım,
Ay qəlbimdən eşq umanım,
Çuval
tutub dərd üzlədim,
Bəxtim, səni çox gözlədim.
Dostları ilə paylaş: