Shirin xanim Sechmeler 4-cu ktab indd


Сечмяляр (шеирляр)  KİM DEYİR HEÇ NƏYİ



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə55/282
tarix30.12.2021
ölçüsü1,85 Mb.
#24135
1   ...   51   52   53   54   55   56   57   58   ...   282
89
Сечмяляр (шеирляр)
 KİM DEYİR HEÇ NƏYİ 
 APARMIR İNSAN?
Deyirlər nə qədər yığsan sərvəti,
Sağ ikən olsa da can səadəti.
Yaradan bizlərə qoyubdu qayda,
Qalır bu dünyanın malı dünyada.
Yığdığın olacaq əllərdə asan,
Lüt gəlib, lüt gedir həyatdan insan.
Amma bunu deyən, yanılır müdam,
Ölərkən, günahın aparır Adam.
Günahlar cürbəcür, günahlar əsir,
Elə günahlar da adamı kəsir.
Dirikən duymayan vicdan əzabı,
Ruha çəkdirəcək can iztirabı.
Günahın ağrısı – ruhun zülümü
Sağ ikən yaddaşdan silmir ölümü!
Qopur tən evindən hər canın ahı,
Özünə yük edir gedən günahı.
Bu yükü aparmaq deyildir asan,
Kim deyir heç nəyi aparmır insan?!...
 06.02.2008
 



Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin