Shirin xanim Sechmeler 4-cu ktab indd



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə53/282
tarix30.12.2021
ölçüsü1,85 Mb.
#24135
1   ...   49   50   51   52   53   54   55   56   ...   282
 18.10. 2004
EY MƏNİM RUHUMA CAN OLAN, FƏLƏK 
Əsdi səmum yeli könlümü aldın,
Qəlbi tufanların içinə saldın,
Onunla üz-üzə, göz-gözə qaldın,
Sən necə oynatdın min bir cür dilək?
Ey mənim ruhuma can olan, fələk.
Titrətdin eşqimi, məhəbbətimi,
Qurdun ayrılıqla vaxt ülfətimi
Artırdın hicrinlə sən xiffətimi,
Hönkürdü, ağladı qarşında ürək,
Ey mənim ruhuma can olan, fələk.
Dilindən düşmədi heç zaman adım,
Aləmə hay saldı dəli fəryadım,
Tək sənə yetmədi, bəs niyə dadım?
Bu ahı bir kərə duyaydın gərək,
Ey mənim ruhuma can olan, fələk.
Möhnət ağrısından sinəm hıçqırdı,
Arada sevdanı möhlətin qırdı,
Bağrım nəş‘ələrin ələmin vurdı,
Əsdi tufanlara öc verən külək,
Ey mənim ruhuma can olan, fələk.
Qaçan zamanımın atəşin aldın,
Verdiyi əzaba mehrini saldın,
Yenə Şadimana eşqinlə qaldın,
bu möcüzənin sirrini bilək,
Ey mənim ruhuma can olan, fələk.
 26.03.2008
 



Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin