Shirin xanim Sechmeler 4-cu ktab indd


Сечмяляр (шеирляр) ***



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə57/282
tarix30.12.2021
ölçüsü1,85 Mb.
#24135
1   ...   53   54   55   56   57   58   59   60   ...   282
91
Сечмяляр (шеирляр)
*** 
Dərdimi çəkirəm dərmanə sarı,
O da qaçıb gedir fərmanə sarı,
Elə yönəldirəm səhmanə sarı,
Bu yöndən o yana yol görünməyir,
Bağrına basmağa qol görünməyir.
 06.05.2011
TƏKLİYİM MƏNİM 
Qoparıb sinəmdə min ağrı-acı,
Mənim qəlb ağrıdan tənha günlərim.
Ürəyi qocaldır, ağardır saçı,
Qəlbdə baş qaldıran min dərdi-sərim.
Məyusluq könlümə qənim kəsilib,
Üzür gündən-günə bu təklik məni.
Gəlib-gedənimin yolu kəsilib,
Edir tarlasına bir ləklik məni. 
Dayanıb pəncərə qarşısında mən,
Sükutla baxıram gedib-gələnə.
Gələr səs-sədalar hardasa pəstən,
Maraq kəsilərəm söhbət edənə…
Şüurum, düşüncəm lap düşüb əldən,
Ürəyim qübarlı dağa dönübdü.
Düşmüşəm qüvvədən, qalmışam dildən,
Bəxtmin çırağı, sanki sönübdü.
Təklik əziz-xələf, güllü-çiçəkli,
Otağımın sadiq qonağı olub.
Ömrümün tufanı min bir küləkli,
Ağac yarpağıtək xəzansız solub.
Bu başı bəlalı təkliyim məni,
Cılız təmənnaya boynumu əyir.


92
Ширин Ханым Кяримбяйли Шадиман
Tale dəryasından qopub yelkəni,
Bərəsi dəryanın dibinə dəyir.
Girirəm otağa, divarlar ölgün,
Baxıram, ətrafda əşyalar laldır,
Laqeydliklə məni süzürlər üzgün,
Bu necə ömürdir, bu necə haldır?
Gözlərimin yaşı düşür yanağa,
Saatın sədası sükutu pozur.
Bu dilsiz otaqdan oxunur giley,
Təkliyin günahın min yerə yozur.
Məndən soruşsalar deyərdim, vallah,
Ən ağır bəladır təklik dünyada.
Şadiman, nə ölüm, nə şivən, nə ah,
Onuntək insanı verməyib bada.

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin