74
Ширин
Ханым Кяримбяйли Шадиман
BƏNZƏR
Əsir taleyimdə acı rüzigar,
İsti ilğımları yellərə bənzər.
Ələnir başıma illərdən ağ qar,
Buzları ərimiş sellərə bənzər.
Niskilli günlərim ötüşmür yenə,
Hicran yaraları
bitişmir yenə,
O vüsal məqamı yetişmir yenə,
Yurdu darda qalmış ellərə bənzər.
Dünyanın acısı bəxtimi uddu,
Binəva
ürəyim dolmuş buluddu,
Bəmdə nalə çəkən könlüm bir uddu,
Simləri qırılımış tellərə bənzər.
Qalmadı cahanın zülümdən hayı,
Gəlib-gedəninin çıxıbdı zayı,
Ərzi alışdıran könlümün vayı…
Ölüsünə ağlar dillərə bənzər.
Ömrümün anları saralan xəzan,
Minbərdən inama hayqıran əzan,
Hər səhər qapımı döyəcləyən an,
Bağımda saralmış güllərə bənzər.
Qələmim
vərəqi yordu dedilər,
Hər gələn, hər gedən sordu dedilər,
Şadiman od altda qordu dedilər-
Sönmüş ocaqlarda küllərə bənzər.
18.02.1995
75
Сечмяляр (шеирляр)
SƏNİ UCALIQDAN DÜŞÜRMƏYƏYDİLƏR…
Ey insanların günahını,
Müqəddəs Allahını
danan ürək,
Gah çirkinlikdə,
gah təmizlikdə
yanan ürək.
Kaş səni cocuqluqda olduğun kimi,
Büllur doğulduğun kimi
Saxlaya biləydilər,
Səni gülab təki qoxluya biləydilər.
Beyni, idrakı bişirməyəydilər,
Səni ucalıqdan düşürməyəydilər.
***
Ey insanların günahını,
Müqəddəs Allahını
danan ürək,
Hər sinədə yanan ürək.
İtirdin həyanı,
Qazandın riyanı.
Yerin
adəm bədənində bir bucaq,
Sən bəşərin əlində oyuncaq.
Murdar hisslərin cəngində,
Həm yoxsulda, həm zəngində…
Boğulmaqda,
Dostları ilə paylaş: