75
Сечмяляр (шеирляр)
SƏNİ UCALIQDAN DÜŞÜRMƏYƏYDİLƏR…
Ey insanların günahını,
Müqəddəs Allahını
danan ürək,
Gah çirkinlikdə, gah təmizlikdə
yanan ürək.
Kaş səni cocuqluqda olduğun kimi,
Büllur doğulduğun kimi
Saxlaya biləydilər,
Səni gülab təki qoxluya biləydilər.
Beyni, idrakı bişirməyəydilər,
Səni ucalıqdan düşürməyəydilər.
***
Ey insanların günahını,
Müqəddəs Allahını
danan ürək,
Hər sinədə yanan ürək.
İtirdin həyanı,
Qazandın riyanı.
Yerin adəm bədənində bir bucaq,
Sən bəşərin əlində oyuncaq.
Murdar hisslərin cəngində,
Həm yoxsulda, həm zəngində…
Boğulmaqda,
Dostları ilə paylaş: