73
Сечмяляр (шеирляр)
Canına qıymağı günah sayırlar,
Buna sövq edənin yeri cəhənnəm.
Bəndələr özünü allah sayırlar,
Sərvətdən, kürsüdən başlar olur dəm.
Biz Qarabağ boyda dərd daşıyırıq,
Bu dərddən varlanıb, şişənlər nə çox.
Təslimçi adıyla şən yaşayırıq,
Dilimiz neştərtək bir-birinə ox!
Ey Vətən insanı, nə günə düşdük?
Qarabağ Qazisi özün yandırır!
Bəs hansı tilsimə, düyünə düşdük?
Yurdumuz-yuvamız ah oyandırır.
İnsanı canından
bezdirən kəslər,
Sizlər vəzifəyə xalqçın gəlmisiz.
Vicdanı çuvalda gəzdirən kəslər,
Haqsızlıq
üçün yox, haqçın gəlmisiz.
Ey Vətən övladın tapdalayanlar,
Bizim işğal altda torpağımız var!..
Xalqı güvə kimi sərt dalıyanlar,
Bizim Güney boyda bir dağımız var!..
Bu gecə yuxular qaçıb gözümdən,
Alışan Qazinin səsi qulaqda.
Bu gecə göz yaşım baxır üzümdən,
Sözlər sətir-sətir donur varaqda.
Ailə başına
tökülsə də pul,
Onlar ata dağı daşıyacaqlar.
Evin sütununa əkilsə də pul,
Ömürlük ağrıyla yaşayacaqlar.
Özünə
od vuran Qazi məzarda,
Ölən ümidləri başdaşı oldu,
Yetim balaları qaldı ah-zarda,
Bu tarix – Vətənin göz yaşı oldu!
Dostları ilə paylaş: