Tələbə: Həsənova Sevda Muxtar qızı Mövzu: Tikinti təşkilatlarında iş vaxtı fondundan istifadənin



Yüklə 262 Kb.
səhifə1/5
tarix05.04.2023
ölçüsü262 Kb.
#93466
  1   2   3   4   5
kurs tehlil 003


AZƏRBAYCAN MEMARLIQ VE İNŞAAT UNİVERSİTETİ

Fakültə:Tikinti-İqtisad
Kafedra:İnşaatın iqtisadiyyatı
İxtisas:Sığorta işinin təşkili
Fənn: Mühasibat uçotu və iqtisadi təhlil


KURS İŞİ
Qrup: 737a3
Tələbə: Həsənova Sevda Muxtar qızı
Mövzu:Tikinti təşkilatlarında iş vaxtı fondundan istifadənin
təhlili
Kafedra müdiri:

BAKI-2010
Mövzu:Tikinti təşkilatlarında iş vaxtı fondundan
istifadənin təhlili
PLAN
Giriş...............................................................................3
1. Tikinti təşkilatlarinda iş vaxtı balansının təhlili...................................................................................6
2.İş vaxtı fondundan istifadə edilməsinə təsir edən amillərin təhlili..................................................................15
3. Tikinti təşkilatının işçi qüvvəsi ilə təmin olunması və iş vaxtının uçotu................................................................23
İstifadə edilən ədəbiyyat siyahısı................................34


Təhlil ərəb sözüdür və əşyanı, cismi, proses və ya hadisəni, habelə bunları xarakterizə edən göstəriciləri tərkib hissələrinə ayıraraq tədqiq etmək mənasını verir. Təhlil dar mənada prosesi, hadisəni, əşyanı daha xırda tərkib hissələrinə ayırmaqla öyrənmək mənasını daşıyır.
İdarəetmə elmləri sırasında xüsusi yeri olan iqtisadi təhlil cəmiyyətin iqtisadi inkişaf səviyyəsi ilə əlaqədar olaraq tarixi zərurətdən meydana gəlmiş və tarixi dövr ərzində inkişaf edərək hazırkı mərhələyə gəlib çatmışdır.
Müasir dövrdə elmi-texniki tərəqinin inkişafı hesabına təsərrüfatın fəaliyyətinə təsir göstərən amillər durmadan artır, informasiyalar çoxalır, məhsulların özlərində mürəkkəbləşmə prosesi gedir. İqtisadi təhlil idarəetmədə mühüm bir mərhələ təşkil etdiyi üçün onun da öyrənəcəyi, tədqiq edəcəyi məsələlər mürəkkəbləşir. Bazar iqtisadiyyatında iqtisadi təhlil operativ xarakter daşımalıdır. O, müəssisənin iqtisadi səmərəsini yüksəltmək üçün proqnoz verməli, yeni şəraitdə təzə axınları, prosesləri əhatə etməlidir.Əməyin yaradıcı xarakter daşıması, kollektivdə psixoloji iqlim, sosial inkişaf, səmərəli təkliflərin canlanması və s. iqtisadi təhlilin daimi obyektidir.
İnsan cəmiyyəti inkişaf etdikcə əhalinin sayının, maddi və mənəvi tələbatların artması, istehsal vasitələri və üsullarının təkmilləşdirilməsi sürətləndikcə təhlilə olan ehtiyac da artır. İstehsalın miqyasının daim genişlənməsi ilə əlaqədar olaraq resurslara olan tələbatın ödənilməsi və səmərəli istifadəsi problemləri qarşıya çıxdıqca idarəetmədə təhlilin həm rolu, həm də funksiyaları çoxalır. Təhlilin obyektivliyi, dəqiqliyi, operativliyi onun əsas prinsipləri hesab olunur.İqtisadi təhlil iqtisadi nəzəriyyə, mühasibat uçotu, audit və planlaşdırma, maliyyə-kredit və s. iqtisadi və qeyri-iqtisadi elmlərlə sıx surətdə və qarşılıqlı fəaliyyət göstərir.
İqtisadi təhlil müəssisə və təşkilatların işinin hərtərəfli öyrənilməsində, onların təsərrüfat-maliyyə fəaliyyəti və onun nəticələrinin obyektiv qiymətləndirilməsində və gələcəkdə maddi istehsal və qeyri-istehsal fəaliyyət sahələrinin iqtisadi səmərəliliyinin yüksəldilməsi vasitələrindən biri kimi fəaliyyət göstərir.İqtisadi təhlil istehsal, tədavül və istehlak proseslərini, müəssisə və onun sexlərinin, briqadalarının və digər təsərrüfat fəaliyyətindən başlamış, baş idarə və nazirliklərə qədər geniş bir miqyası əhatə edir və əldə edilən nəticələrin qiymətləndirilməsində mühüm rol oynayır.
İqtisadi təhlilin inkişafı və onun təkmilləşdirilməsi informasiyaların səviyyəsindən xeyli asılıdır. Burada geniş müşahidə materiallarından istifadə edilməlidir. İqtisadi təhlil planlaşmanın əsasını təşkil etməlidir. Bazar iqtisadiyyatı şəraitində plan, təsərrüfatsızlıq hesabına itkiləri özündə əks etdirilməməlidir. Təhlil prosesində müəssisənin təsərrüfat fəaliyyətinin operativ idarəedilməsində təchizat, istehsal və satış proseslərinin inkişaf istiqamətlərini hərtərəfli öyrənmək və qiymətləndirmək tələb olunur. İqtisadi təhlil istehsal prosesinə nəzarət etməkdə mühüm əhəmiyyət kəsb edir. İqtisadi təhlil qabaqcıl təcrübənin yayılmasında böyük rol oynamalı,həm də tərbiyəvi xarakter daşımalıdır. İqtisadi təhlil daxili təsərrüfat hesabının təkmilləşdirilməsində və onun canlı qüvvəyə malik olmasında əvəzedilməz bir vasitədir.
İqtisadi təhlildən əsas etibarilə idarəetmədə istifadə edilir. Bəzi iqtisadçılar belə bir fikir söyləyirlər ki, müəssisədə təşkilat işləri öz qaydasına düşərsə, idarəetmə işinin həcmi azalmalıdır. Bu fikirdə müəyyən dərəcədə məntiq vardır. Lakin əgər cari işlər üzrə idarəetmə az vaxt tələb edirsə, müəssisə rəhbəri perspektiv işlərə çox vaxt sərf etməlidir. Perspektiv işlərin mahiyyəti cari içlərdən heç də az deyildir.
İqtisadi təhlilin istər bu gün, istərsə də gələcəkdəki vəzifəsi təbiət haqqında bilik toplandıqca,cəmiyyətdəki qanunauyğunluqlar və insanın özü dərk edildikcə, bu nailiyyətləri birləşdirib onları maddi nemətlər istehsalında istifadə etməyə yönəltməkdən ibarətdir.
Bazar rəqabəti şəraitində daxili və xarici bazarlara yüksək keyfiyyətli və istehlakçıların tələbinə uyğun məhsul istehsal etmək üçün iş yerlərinin yüksək ixtisaslı fəhlə kadrları ilə təmin olunması və iş vaxtı fondundan səmərəli istifadə mühüm əhəmiyyət kəsb edir. Buna görə də əmək göstəricilərinin təhlili zamanı müəssisənin əmək kollektivinin iş vaxtından istifadənin effektliyi öyrənilir. Elm və texnikanın sürətli inkişafının indiki mərhələsində fəaliyyətdə olan müəssisələrdə əməyin intensivliyinin yüksəldilməsi, iş vaxtı itkilərinin aradan qaldırılması istehsalın effektliyinin yüksəldilməsini təmin edən amillərdən biridir. Əmək ehtiyatlarının müxtəlif səbəblərdən dəyişkənliyi iş vaxtı itkilərinə səbəb olur. Çox zaman işçi qüvvəsinin çatışmazlığı iş vaxtının faktiki itkilərinə uyğun gəlir. İş vaxtından istifadənin təhlili zamanı aşağıdakı göstəricilərdən istifadə olunur:
-dövr (ay, rüb, il) ərzində bir işçinin işlədiyi günlərin orta sayı;
-iş gününün orta müddəti;
-müəyyən dövr ərzində bir işçinin işlədiyi saatların orta sayı;
Təhlilin gedişində iş vaxtı itkilərinin azaldılması məqsədilə bütün gün və növbədaxili itkilərin səbəbləri aydınlaşdırılır, iş vaxtından qeyri-məhsuldar istifadə edilməsinin səbəbləri araşdırılır.


Yüklə 262 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin