Shirin xanim Sechmeler 4-cu ktab indd


Сечмяляр (шеирляр)  YIXDI KÖNÜL MÜLKÜNÜ



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə45/282
tarix30.12.2021
ölçüsü1,85 Mb.
#24135
1   ...   41   42   43   44   45   46   47   48   ...   282
77
Сечмяляр (шеирляр)
 YIXDI KÖNÜL MÜLKÜNÜ 
 HİCRAN DOLU ƏNDİŞƏ
Yeri, göyu yandıran bu sitəm abad deyil,
Ürəyimin ahına fəqanlarım yad deyil,
Bağırımdan hayqıran imdaddı, fəryad deyil,
Qəlbimi ovutmağa tapmıram sakit güşə,
Yıxdı könül mülkümü hicran dolu əndişə.
Ömür atına minib zaman məni sürüdü,
Dərd yığıb qoşununu ətrafımı bürüdü.
Titrəyən duyğularım vaxt içində əridi.
Saat quduz qurd təki anları çəkdi dişə.
Yıxdı könül mülkümü hicran dolu əndişə.
Acıların içindən bəxtimə yol tapmadım,
Qəmimə oldum aşiq eşqə qala yapmadım,
Ömrün dolaylarında sağa-sola çapmadım, 
Yar olmadı könlümə nə şadlıq, nə də nəş’ə,
Yıxdı könül mülkümü hicran dolu əndişə.
Əzablarım tükənmir, bu cahana qaç deyir.
Döyür həyat qapısın, gəl qapını aç deyir.
Yan mənim alovuma, atəşlərdə saç deyir.
Necə dözüm ömürlə edilən bu gərdişə?
Yıxdı könül mülkümü hicran dolu əndişə.
Şadimanın ahına inildəyir qələmim,
Məndən əvvəl doğulub bu dünyada ələmim.
Siz deyin yerlər, göylər necə imdad diləmim?
Ürəyimi taxırlar kabab təki hər şişə,
Yıxdı könül mülkümü hicran dolu əndişə.
 16.10. 2003



Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin