ATALI-ANALI GÜNLƏR ƏLVİDA Sizlə olan ömür yuxuya döndü,
Çiçək ətri saçan qoxuya döndü,
Ürəyim sac üstə yuxaya döndü,
Qopur üstbəüstdən dilimdən nida,
Atalı-analı günlər əlvida.
Mən sizi bir daha tapa bilmərəm,
Bu dərdi sinəmdən çapa bilmərəm,
Əzrayıl əlindən qapa bilmərəm,
Getdi o uşaqlıq, o naz, o əda,
Atalı-analı günlər əlvida.
Daha yuxularda gəzərəm sizi,
Ötən xatirata düzərəm sizi,
Sinəmi göynədir ülfətin izi,
Siz udan havadan alırdım qida,
Atalı-analı günlər əlvida.
İndi havam, suyum, göyüm korlaşır,
Dərdim ləpə verir başımdan aşır,
Gözümün gürşadı qaynayıb daşır,
Ötən xatirələr söyləyir vida,
Atalı-analı günlər əlvida.
Siz olan zirvəni gərə bilmirik.
Sağ ikən qiyməti verə bilmirik.
Əvəzsiz neməti görə bilmirik,
Ölümün təlaşı nə ağır sevda?
Atalı-analı günlər əlvida.
Sizi xəyallarda gəzəcəm indi,
Xatirat dəftərə düzəcəm indi,
Ata, ana eşqi imandı, dindi,
Salıb ürəyimə itginiz səda,
Atalı-analı günlər əlvida.
125 Сечмяляр (шеирляр)
Şirin xanım yanır, fəryad içində,
Dili haray çəkir, imdad içində,
Günlər karvan tutub köçə-köçündə,
Dönübdü ağlayan ürəyi uda,
Atalı-analı günlər əlvida.
Atalı-analı günlər əlvida.
04.01.2013