129
Сечмяляр (шеирляр)
Ürək
bərbad olan yerdə,
Qəlbim düşüb qalan yerdə,
Bağrı ilan çalan yerdə,
Əhvalımı kimdən soram?
Heç bu könlüm tapmaz aram.
Dil, diş altda boğulursa,
Cindən
şeytan doğulursa,
Dünya qopub dağılırsa,
Öz canıma özüm saram,
Heç bu könlüm tapmaz aram.
Sinəm bimar ola-ola,
Ürəyə qəm dola-dola,
Bəni-bəşər
gəlmir yola,
Yoxdan varam, nədir çaram?
Heç bu könlüm tapmaz aram.
Allah verdi bu canımı,
Yerdə saldı ünvanımı,
Bir gün qurar divanımı,
Budağında solan baram,
Heç bu könlüm tapmaz aram.
Üşüyürəm meh altında,
Qaldı tellər şeh altında,
Zaman çapır öz atında,
Zirvələrə bəyaz qaram,
Heç bu könlüm tapmaz aram.
Ey Şadiman, misra gələr,
Ürəyinə
qəm ələyər,
Bir quzutək, hey, mələyər,
Qəfəsimə elə daram,
Heç bu könlüm tapmaz aram.
Dostları ilə paylaş: