Shirin xanim Sechmeler 4-cu ktab indd



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə89/282
tarix30.12.2021
ölçüsü1,85 Mb.
#24135
1   ...   85   86   87   88   89   90   91   92   ...   282
 12.11. 2003
 
 YENƏ KÖNLÜM QUŞU 
 CÖVLAN ELƏYİR
Yenə könlüm quşu cövlan eləyir,
Qəlbimin ahıyla dövran eləyir.
Yenə ötür ürəyim “Şur“ ilə,
Təb vurur könlə özün qan eləyir.
Gözümdə cilvələnir yaş dənizi,
Çalxadır qəlbi yarımcan eləyir.
Yenə bağrım savaşır ah ilə,
Qanımı bir dolu fincan eləyir.
Dil açır dadıma tez yetmək üçün,
Yetişir dilimi şan-şan eləyir.
Düşəli bu ürəyim naləyə,
Qəm gəlir könlümü nişan eləyir.
Sığmayır ev-eşiyə ilhamım, 
Özünü məni pərişan eləyir.
Salıbdı zülümə bu Şadimani, 
Ömrümü ahıya viran eləyir.
 03. 03. 2003
 


132
Ширин Ханым Кяримбяйли Шадиман
BƏS ETMƏZ 
Elə dolmuşam ki, yaz buludutək,
Könlü ovutmağa zaman bəs etməz.
Ağlayar ürəyim elin udutək,
Dərdini udmağa kaman bəs etməz.
Bir kimsə halımı duymadı nədən?
Ürəyin əlində ögardı bədən,
Canıma, ruhuma zülümlər edən,
Qorxuram etdiyin yaman bəs etməz.
İnsanı sükut yox, haray, hay qırar,
Sinəmə çəkilən dağlar hayqırar,
Duyğular özünü zirvəyə vurar...
Üstünü almağa duman bəs etməz.
Yalvarıb fələkdən imdad dilərəm,
Ürəkdə ağlaram, üzdə gülərəm,
Hər ağrı-acıya min yol ölərəm!
Bağrımdan çığıran aman bəs etməz.
Dünya zəncirlənib iblis əlində,
Bir yaxşı çaşbaşdı min pis əlində,
Əzəldən beynimiz qul hiss əlində,
Ona haqdan gələn iman bəs etməz.
Nə qədər ürəkdə hiylə, şər yatır,
Nə qədər at varkən törəyir qatır,
İblisin qoynunda şahmarlar yatır...
Tanrıya edilən guman bəs etməz.
Şadiman anlamaz bu müşkülləri,
Yanan ürəyinin qaldı külləri,
Hər misra ağladar tuti dilləri,
Göz yaşın yığmağa umman bəs etməz.
 29.08.2001 



Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin