Shirin xanim Sechmeler 4-cu ktab indd



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə91/282
tarix30.12.2021
ölçüsü1,85 Mb.
#24135
1   ...   87   88   89   90   91   92   93   94   ...   282
 02. 05. 2003
 


134
Ширин Ханым Кяримбяйли Шадиман
OD-ATƏŞ SIĞMAYIR 
Od-atəş sığmayır sinəmə mənim,
Qabarır, köpürür həyat dənizim.
Dağılır başımdan çiskinim, çənim,
Hər addım yollarda ağarar izim.
Məğrur qartallartək qanad çalaram,
Ən uca zirvələr olar məkanım,
Həyatdan doyunca bir kam alaram,
Şadlıqla, sevinclə keçər hər anım.
Od-atəş sığmayır sinəmə mənim,
Mən ki, bu torpağın odlar qızıyam.
Dəryadan çıxmayır xəyal yelkənim,
Odlu ilhamımla ona arzuyam.
 28.02.1986 
YENƏ RUHUM QANADLANIR UÇMAĞA 
Yenə ruhum qanadlanır uçmağa,
Günəş təki göydə atəş saçmağa,
Diləkləri alır candan qoparır,
Özü ilə asimana aparır.
Gah buluda, gah şimşəyə bac verir,
Gah leysana, gah yağmura tac verir,
Zirvələri eşqə salır pərvazı,
Bülbülləri oda atır avazı.
Çeşmə kimi lap qaynayır gözündən,
Alışıram soyumayan közündən.
Qar ələnir, sanki çılğın başına,
İslanıram gözdən axan yaşına.
Niyə sığmaz yuvasına bir dəm də?
Yer tapmayır heç özünə aləmdə.
Hər baxışda bir sədaqət arayır,
Duyğuların tellərini darayır.
Həm gecədən, həm gündüzdən öc alır,


135
Сечмяляр (шеирляр)
Yaradana hikmətindən güc alır.
Ruhum güldü həyatın can bağında,
Təblə coşur bu divanə çağında.
Yellər əsmiş, an içində dağılmış, 
Zaman ondan, o zamandan doğulmuş.

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin