bağlamaq olar. Bu illər ərzində Akif Әlizadə
Azərbaycan geologiya elminin inkişafı
istiqamətində daim yeni elmi araşdırmalar
axtarışında olmuşdur. Onun təşəbbüsü ilə
Geologiya İnstitutu tərəfindən bir sıra xarici
elmi mərkəzlərlə, xüsusən də Әrzurum
Universiteti, Türkiyənin TUBİTAK Tədqiqat
Mərkəzi, İran İslam Respublikasının Təbriz
Geologiya İdarəsi ilə beynəlxalq əlaqələr
yaradılmış, dünyanın aparıcı neft kompa ‐
niya larından «Statoyl», «Yunokal», «Amoko»,
«Eksson» ilə kontraktlar bağlan mışdır.
Dünya standartlarına cavab verən elmi
tədqiqatları yerinə yetirmək məqsədilə aka ‐
demik Akif Әlizadə təşkilati yenidən qur ‐
malar aparır, elmi tədqiqatların keyfiyyətcə
yeni səviyyəyə qalxması məqsədilə müasir
analitik eksperimental baza yaradır.
Geologiya elminin, demək olar ki, bütün
istiqamətləri – stratiqrafiya, tektonika, filiz
və xüsusən də neft geologiyası və geo
‐
kimyası müvəffəqiyyətlə inkişaf edir. Həmin
illər geofizika sahəsində də tədqiqatlar
inkişaf etdirilmişdir. Son 20 ildə institut xarici
ölkələrin elmi mərkəzləri ilə, firmalarla
kontrakt işləri, qrant layihələri, müştərək
tədqiqatlar aparmışdır. 50‐dən artıq elmi‐
tədqiqat işləri, bir sıra yeni atlaslar və
xəritələr hazırlanmışdır.
Akademik Akif Әlizadənin rəhbərliyi
altında Geologiya İnstitutunun ABŞ, Böyük
Britaniya, Almaniya, Türkiyə, Rusiya, Ukrayna
və dünyanın digər ölkələrinin alimləri ilə
beynəlxalq elmi əlaqələri illər ötdükcə daha
da genişlənir. Uzun illərdir ki, Amerikanın
Texnoloji İnstitutu ilə Qafqaz kolliziya zona ‐
sının müasir geodinamik vəziy yətinin tədqiqi,
Almaniyanın Geologiya Elm
ləri və Təbii
Sərvətlər Nazirliyi ilə Azər bay canda Qobus ‐
tanın daş‐gil palçıq vulkanından atmosferə
çıxan qazların monitorinqi ilə əlaqədar
müştə rək tədqiqat lar aparılmışdır. Rusiya ‐
nın, Qazaxıstanın, Moldovanın, Zaqaf qaziya
respublikalarının, həmçinin ÇXR‐in geoloji
xidmətləri ilə birlikdə Avrasiyanın geoloji
məzmunlu xəritələr atlasının tərtib olun ‐
ması Geologiya İnstitutu tərəfindən yerinə
yetirilmişdir.
Son bir neçə ildə institut tərəfindən
geologiyanın bütün istiqamətləri üzrə –
geofizika, geokimya, neft‐qaz yataqlarının
işlənməsi kimi fundamental və tətbiqi
tədqiqatlar genişləndirilir və təkmilləşdirilir.
İldən‐ilə layihələrinin sayı artır, onların
institut tərəfindən yerinə yetirilməsi çərçi ‐
vəsində yeni müasir cihazlar və avadan lıq lar
əldə edilir. İşlənilən beynəlxalq qrant layi ‐
hələrinin sayına (70‐dən artıq) görə Geo ‐
logiya İnstitutu Azərbaycanın elmi müəssi sələri
arasında liderdir. Bundan başqa, ötən illərdə
institut tanınmış fondlarla, məsələn, «Soros»,
«İNTAS», «NATO», «CRDF», Ukrayna Elmi
Fondu, Amerika Milli Elmi Fondu ilə
əməkdaşlıq etmişdir.
Akif müəllim elmi nəşrlərin, kitabların,
atlasların, xəritələrin tərtib olunmasına da
xüsusi diqqət yetirir. Bu nəşrlərdə institutda
aparılan tədqiqatların əhəmiyyətli nəticələri
öz əksini tapır. Son 10 ildə onun rəhbərliyi
və redaksiyası ilə «Azərbaycan geologi ya ‐
sı»nın 8 cildi hazırlanıb çap edilmişdir. Bu
sanballı əsərdə son 50 ildə toplanan faktiki
materiallar analiz olunmuşdur. Azərbaycan
və Xəzərin Azərbaycan sektorunun 1:500000
miqyaslı yeni geoloji xəritəsi tərtib edilmiş
və onlara izahat qeydləri Azərbaycan, rus və
ingilis dillərində verilmişdir. İnstitutun 70
illiyi ilə əlaqədar 2008‐ci ildə «Azərbaycan
mineralları» ensiklopediyası, «Geoloji elmi ‐
mizin sifətləri» qeyri‐adi fotoalbom və üç
dildə «Geologiya İnstitutunun 70 illiyi
(1938–2008)» bukleti nəfis çap olunmuşdur.
İnstitutun 70 illik yubileyi ilə əlaqədar
onun 44 əməkdaşı Azərbaycan Respublikası
Prezidentinin sərəncamı ilə təltif olundu, bir
qismi fəxri adlar, bir qismi də Prezidentin
şəxsi təqaüdünü aldı. 2008‐ci ilin dekabrında
Akif Әlizadə Geologiya İnstitutunun fəaliy ‐
yətinə yekun vurarkən öz məruzəsində belə
demişdir: «Geologiya İnstitutunun 70 illik
Dostları ilə paylaş: