Elmi işçilərin maaşları son 10 ildə Prezi den ‐
tin sərəncamı ilə dəfələrlə artırılıb. Uzun illər öz
ömrünü elmə həsr etmiş elm xadimləri ardıcıl
olaraq Prezident təqaüdünə layiq görülürlər.
Bütün bunlar Azərbaycanda elmin inkişafına
stimul verən tədbirlərdir və bu, ildən‐ilə daha
geniş miqyas alır.
– Azərbaycanda tibb elmində böyük elmi
mək təb yaratmış görkəmli alimlərimiz olub və
bu gün də var. Bu məktəblər haqqında söhbə ‐
ti niz maraqlı olardı.
– Bəli, Azərbaycan tibb elmi həmişə özünün
dünya şöhrətli tibb alimləri ilə tanınıb. Onların
hər biri öz adını tibb tarixi salnaməsinə qızıl
hərflərlə yazdırmış alimlərdir. Məsələn, Azər ‐
bay can Milli Elmlər Akademiyasının ilk pre ‐
zidenti olmuş akademik M.M.Mirqasımov –
uro
logiya sahəsində, AMEA‐nın vitse‐prezi
‐
denti, SSRİ TEA‐nın həqiqi üzvü olmuş, Sosialist
Әməyi Qəhrəmanı adına layiq görülmüş M.A.Top ‐
çubaşov – cərrahiyyə sahəsində, aka
demik
C.M.Abdullayev – terapiya sahəsində, professor
Ә.M.Әliyev – terapiya sahəsində,
akademik
A.İ.Qarayev – fiziologiya sahəsində, akademik
Z.Ә.Әliyeva – oftalmologiya sahə sində, Akade ‐
mi yanın müxbir üzvü, professor Ü.S.Musabəyli
– oftalmologiya üzrə, Akade mi yanın müxbir
üzvü, professor F.Ә.Әfəndiyev – cərrahiyyə
üzrə, ə.e.x., professor K.Ә.Bala kişiyev – insan
anatomiyası üzrə, ə.e.x., profes sor T.Ә.Tağızadə
– epidemiologiya üzrə, ə.e.x., prof. T.Ә.Әliyev –
daxili xəstəliklər üzrə və bir sıra digər alim ‐
lərimiz (hamısını saymaq mümkün deyil) nüfuzlu
elmi məktəblər yaradıblar. Bu məktəblərin yetir ‐
mələri hazırda dünyanın bir çox inkişaf etmiş
ölkələrində, o cümlədən ATU‐nun kafedra la rında
uğurla çalışaraq, öz məktəblərini yara
dırlar,
nəsillər
dəyişdikcə, yəqin ki, onlar da esta feti yeni
nəslin nümayəndələrinə verəcəklər. Bu elmi
məktəb lərin müqəddəs ənənələri daim yaşayır
və heç şübhəsiz ki, gələcəkdə də yaşayacaqdır.
Dostları ilə paylaş: