Azər Mustafayev (AMEA Fəlsəfə, Sosio ‐
logiya və Hüquq İnstitutu, Sosial fəlsəfə şöbə ‐
sinin müdiri).
Son illərdə Azərbaycanda və digər MDB
ölkələrində müntəzəm olaraq mədəniyyətin
müxtəlif aspektlərinin inkişafına həsr olunmuş
çoxlu sayda tədbirlər həyata keçirilir. Bu sahədə
Beynəlxalq ekspertlərin və ümum
dünya
səviyyəsində tanınan alimlərin iştirakı ilə
görülən böyük işlər ən yüksək qiymətə layiq ‐
dir. Lakin mədəniyyətlərarası əla qələrdə və
mədəniyyətlərin dialoqu sahə sində əldə edilən
müvəffəqiyyətlərə və nailiy
yətlərə baxma‐
yaraq, yenə də müəyyən prob lemlər mövcud‐
dur. Bunlardan ən başlı cası, bir çox hallarda
mədəniyyət prob lem lərinə dair tədbirlərin
məhdud dairədə ke çi rilməsi və dar çərçivədə
müzakirə edil mə sidir.
Tədbirlərə yeni impuls vermək və daha
cəlbedici etmək üçün onların formatının
genişləndirilməsi, nəzəri diskussiyaların məh ‐
dud çərçivədən çıxarılması və onların praktik
müstəviyə gətirilməsi vacibdir. Yaddan
çıxarmayaq ki, mədəniyyət bütün xalqa aiddir
və mədəniyyətlərin dialoqunun effektivliyi və
aktivliyi milyonlarla insanın iştirakını nəzərdə
tuduğundan həyata keçirilən işlərin nəticə ‐
lərini insanlara çatdırmaq üçün əldən gələn hər
bir şey edilməlidir. Və bu işdə KİV‐in, ilk
növbədə, televiziyanın rolu, şübhəsiz ki, mühüm ‐
dür. MDB ölkələri üçün müəyyən olunmuş
«Mir» kanalı və yerli «Mədəniyyət» telekanalı
bu işdə mühüm rol oynaya bilər. Televiziyanın
çox böyük imkanları sayəsində postsovet
ölkələrində gedən yaradıcı pro sesləri əhəmiy ‐
yətli dərəcədə sürətlən dirmək, uzun illər boyu
vahid dövlətdə yaşayan xalq
ların mədəni
yaxınlaşmasına kömək etmək olar. Diskussi ya ‐
la rın, konfransların və sim poziumların MDB
ölkələrində daha maraqlı keçirilməsi, mühüm
nəticələrin operativ şəkildə işıqlandırılması və
geniş kütləyə çatdı rılması qarşılıqlı anlaş manın
səviyyəsinin yüksəlməsinə, etnik və milli
zehniyyətdən uzaq
laşmağa, həmçinin mədəni
nihilizmdən xilas olmağa imkan yaradacaq.
Məlumdur ki, mədəni təcrid son nəticədə
informasiya blokadasına, ksenofobiyaya gətirib
çıxarır, mədəni prosesləri həm nəzəri, həm də
təcrübi planda ləngidir.
Tərcümə edən:
Dostları ilə paylaş: |