edir. Müasir texniki kommunikasiya vasitələri
milyonlarla insanlara informasiyanı əvvəllər
görünməmiş həcmdə ötürməklə, onların həyat ‐
la rının bütün sahələrinə əhəmiyyətli dərəcədə
təsir edir, davranış nümunələri diktə edir, icti‐
mai rəyi formalaşdırır və əks etdirir. Bunlar
mədəniyyətlərarası ünsiyyətin vasitə sinə çevri ‐
lir lər, lakin eyni zamanda məhz onlar milli
identikliyin imkanlarını aşağı salır, mədəni müx ‐
təlifliyi yox edir, mədəniy yət daxili kodu (nü ‐
vəni) silirlər.
Beləliklə, məsələn, əgər yüksək siyasət
səviyyəsində mədəniyyətlərarası dialoq beynəl ‐
xalq arenada potensial konfliktlərin qabağının
alınmasında vasitə kimi nəzərdən keçirilirsə,
adi «şəbəkəçi» səviyyəsində dialoq məhz mədə ‐
niy yətlərarası əlaqə kimi çətinləşir. Bu əlaqə nin
reallaşmasında mədəni və idraki potensialın
səfərbər edilməsi, tolerantlıq, çoxdillilik və ən
başlıcası, Digərini Digəri kimi anlamaq üçün
mental hazırlığın olması vacibdir. Çünki digər
mədəniyyətin mahiyyətini anlamaq, varlığın
etik və humanistik əsaslarına insanın cəhdinin
məhz mədəniyyətin şərtləndirdiyini dərk
etməklə mümkündür.
Dostları ilə paylaş: