Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир



Yüklə 30,85 Mb.
Pdf görüntüsü
səhifə52/152
tarix02.01.2022
ölçüsü30,85 Mb.
#1849
1   ...   48   49   50   51   52   53   54   55   ...   152
37

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 1 (05) 2014




yaşayıb‐yaratmağa həvəsləndirdi. Minlərlə

istedadlı gənci aparıcı dövlətlərin qabaqcıl elm

və təhsil ocaqlarına oxumağa göndərməklə

Vətənimizi ixtisaslı kadrlarla təmin etmək işini

uğurla təşkil etdi, bununla həm də bu

ölkələrdə Azərbaycanın ziyalı lobbisinin

formalaşması işini həll etmiş oldu. Bu isə

həmin ölkələrin Azərbaycana olan siyasətinə

də müsbət təsir göstərdi.

Heydər Әliyevin dünyanın ən fövqəl

dövlətlərindən biri olan SSRİ‐nin rəhbərliyinə

irəli çəkilməsi də onun lider kimi güclü təsir

qabiliyyətinə malik olması ilə bağlı idi. O,

SSRİ Nazirlər Soveti sədrinin müavini kimi

nəqliyyat, təhsil, səhiyyə problemlərinin

həllinə rəhbərlik edirdi. Xarici siyasətin Şərq

ölkələrinə aid hissəsi də Heydər Әliyevin

kurasiyasında idi. Heydər Әliyev öz güclü

təsir qabiliyyəti ilə rəhbərlik etdiyi sahələrin

yüksək inkişafına şərait yaratdı. Onun iş üs‐

lubu tabeliyində olanlar tərəfindən birmənalı

qəbul olunurdu.

Məhz Heydər Әliyevin lider kimi çox

güclü təsirini bilən Qorbaçov ondan xofla ‐

nırdı, qorxurdu, onun yanında öz cılızlığını

hiss edirdi. Odur ki, hər vəchlə onu hakimiy ‐

yətdən uzaqlaşdırmağa çalışırdı. Lakin Siyasi

Büro tarixində Heydər Әliyev ilk şəxsiyyət idi

ki, sovet siyasi maşını onu sındıra, əyə, məhv

edə bilmədi. Çünki o, hələ 30 il öncə olduqca

güclü təsir qabiliyyəti ilə milyonların sevgisini

qazanmışdı, onların qəlbində özünə əbədi

məskən salmışdı.

Bu böyük təsir gücü 1993‐cü ildə onu

yenidən hakimiyyətə gətirdi. Heydər Әliyev

1994‐cü ildə atəşkəs haqqında müqavilə

bağlamaqla ölkəni siyasi, iqtisadi və hərbi

böhrandan qurtardı, dünyanın Azərbaycana

qarşı olan siyasətinə təsir edərək ölkəmizi

hərbi təcavüzdən, siyasi təklənmədən xilas

etdi.

Müdrik, uzaqgörən dövlət xadimi Heydər



Әliyev 1994‐cü il sentyabrın 20‐də «Әsrin

müqaviləsi»ni imzalamaqla dünyanın neft

siyasətinə çox güclü təsir etdi və bu siyasət

birmənalı şəkildə Xəzər regionuna istiqamət ‐

ləndi. Bu, Azərbaycanı siyasi təklənmədən və

hərbi təcavüzdən xilas etdi. Bakı–Tbilisi–Cey‐

han neft kəmərinin çəkilməsi haqqında

müqaviləni bağlamaqla isə Heydər Әliyev

təkcə Azərbaycanın yox, Gürcüstan və Türki ‐

yənin də həm iqtisadi inkişafına zəmin yaratdı,

həm də hərbi təhlükəsizliyi təmin etdi. Bu,

həmçinin Gürcüstanda yaşayan yüz minlərlə

soydaşımızın gələcək firavan həyatının qarantı

idi. İndi həmin kəmər, haqlı olaraq, böyük

öndərin adını daşıyır.

Heydər Әliyevin qlobal siyasətə bu

uzaqgörən təsiri bütün Qafqaza aid dünya

siyasətinin dəyişməsinə səbəb oldu.

Qədim İpək yolunun bərpası ideyasının

irəli sürülməsi və həyata keçirilməsi işinin

təşkili sahəsində Heydər Әliyev şəxsiyyətinin

rolu regional yox, dünyəvi xarakter daşıyır.

Böyük İpək yolu ilə əlaqələnən otuzdan çox

dövlətin müasir inkişafında bu yolun

müstəsna rolu Heydər Әliyevin adı ilə

bağlanmalıdır.

Heydər Әliyev Allaha inamı, dinə ehtiramı

ilə də insanların şüuruna müsbət təsir edərək

onları cəhalətə, avamlığa, nadanlığa yox,

elmə, həqiqətə söykənən dinə və dünyanın




Yüklə 30,85 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin